2016-cı il yanvarın 13-də Xəzər Universitetində “Mədəniyyət” kanalının baş direktoru Azərbaycan Respublikasının əməkdar artisti Ramil Qasımov Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlını ziyarət etmişdir. Magistratura, Doktorantura və Elmi işlər üzrə bölməsinin müdiri Eldar Şahgəldiyev görüşdə iştirak etmişdir. Görüşdə qarşılıqlı əməkdaşlıq haqqında məsələlər müzakirə olunmuşdur.