2019-cu il dekabrın 3-də Xəzər Universitetinin Mərmər salonunda universitetin Tələbə Məclisinin təşkilatçılığı ilə KitabGəzər layihəsinin təqdimatı keçirildi. Xeyriyyə təmayüllü, “Kitab paylaş, həyat dəyiş!” devizi ilə fəaliyyətə başlayan layihənin məqsədi istifadə edilmiş kitabların toplanaraq, yeni oxuculara çatdırılması və prosesin ardıcıl davam etdirilməsidir.
Tədbirdə Tələbə Məclisinin heyəti, KitabGəzər layihəsinin rəhbərliyi, tələbələr, universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli iştirak edirdilər. Qeyd edək ki, layihənin koordinatoru Xəzər Universiteti Humanitar, təhsil və sosial elmlər fakültəsinin dördüncü kurs tələbəsi Seymur İnqilablıdır.
Tədbiri Tələbə Məclisinin vitse-prezidenti Emil Ağayev açaraq, sözü KitabGəzər layihəsinin rəhbəri Fatma Qurbanovaya verdi. Fatma Qurbanova layihə haqqında geniş məlumat verdi və tələbələrin suallarını cavablandırdı.
AzTV tədbirdən çəkiliş apardı.
Tədbirdən sonrakı günlərdə tələbələr istifadəsiz qalmış kitablarını başqa oxuculara çatdırmaq üçün Tələbə Məclisinə təhvil verdilər.