Almaniyanın Tübingen Universitetinin Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamenti ilə hazırladığı layihə təklifi DAAD tərəfindən qrant aldı. Layihəyə uyğun olaraq 2020-ci il martın 2-dən 6-dək Xəzər Universiteti “Into an Uncertain Future? The EU and the Caucasus in 2040” (Qeyri-müəyyən bir gələcəyə? Avropa Ittifaqı və Qafqaz 2040-cı ildə) mövzusunda təşkil ediləcək vorkşopa ev sahibliyi edəcək.
Sözügedən vorkşopda Azərbaycan, Gürcüstan və Almaniyadan 21 tələbə iştirak edəcək. Workshop Tübingen və Xəzər Universitetinin müəllimləri və eləcə də, Romanın Beynəlxalq Əlaqələr İnstitutunun araşdırmaçısı tərəfindən aparılacaq.