Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə universitetin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, şair, publisist, Xəzər Universiteti “Xəzər Xəbər” jurnalının redaksiya heyətinin üzvü Knyaz Aslan “Tərəqqi” medalı ilə təltif edilib.
Knyaz Aslanı dövlət mükafatı ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edir, pedaqoji, elmi və ədəbi fəaliyyətində ona yeni uğurlar və möhkəm can sağlığı arzulayırıq.