2019-cu il mayın 26-dan iyunun 2-dək Xəzər Universitetinin əməkdaşları –Kompüter elmləri departamentinin müdiri Dr. Məhəmməd Şərifov, Fizika və elektronika departamentinin müdiri Dr. Nuru Səfərov, İnşaat mühəndisliyi departamentinin müəllimi Dr. Ziaaddin Zamanzadeh və universitetin veb-saytının kontent meneceri Pərvanə Salmanova Rumıniyanın Timişoara Politexnik Universitetində Erasmus+ beynəlxalq hərəkətlilik proqramı çərçivəsində işgüzar səfərdə oldular.
Görüş çərçivəsində Timişoara Politexnik Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Diana Balş-Diaconescu, prorektor professor Daniel Dan, Elektrik və güc mühəndisliyi fakültəsinin müdiri dosent Flaviu Frigura-İliasa, Avtomatlaşdırma və kompüter elmləri fakültəsinin müdiri Ciprian-Bogdan Chirila ilə görüşlər keçirildi, universitetlər arasında qarşılıqlı əməkdaşlıq (elm və təhsil sahəsində əməkdaşlıq, ikili dərəcə) barədə müzakirələr aparıldı.
Səfər müddətində əməkdaşlar mühazirələr və seminarlar verdilər, treninqlərdə iştirak etdilər. Proqram çərçivəsində universitetin zəngin kitabxanası ilə tanış oldular və E-learning mərkəzinin rəhbəri Diana Andone ilə görüşərək, mərkəzin fəaliyyəti ilə müzakirələr apardılar.