2019-cu il mayın 5-də Xəzər Universitetinin Psixologiya depatamentinin müəllimi Nilufər Əlizadə İctimai Televiziya və Radio Yayımları Şirkətində yayımlanan “Səhər sədası” verilişində psixoloq-ekspert kimi dəvət alaraq müsahibə verdi. O, müsahibədə ailə strukturunda uşaqların düzgün formalaşdırılmasından, məktəbdə müəllimlərin şagirdlərə, xüsusilə, yeniyetməlik böhranından keçən fərdlərə düzgün yanaşmasından, cəmiyyətdə uşaqların tərbiyəsində və yetişdirilmə metodunda qabardılması lazım olan problemlər haqqında məlumat vermişdir.
Veriliş mayın 12-si saat 09:00-da efirdə yayımlanacaq.