2019-cu il martın 13-də Conflux Araşdırmalar Mərkəzinin icraçı-direktoru və BMT-nin Sülh prosesi üzrə baş məsləhətçisi səfir Milos Strugar Xəzər Universiteti tələbələri üçün seminar keçirdi. “Beynəlxalq və regional sülhqoruma siyasəti” adlanan seminar əsasən dövlətlər arası və dövlət daxili münaqişələrdə vasitəçilik mövzusunu əhatə edirdi. Səfir Strugar tələbələri beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün BMT tərəfindən həyata keçirilən fəaliyyətlər – münaqişənin qarşısının alınması və vasitəçilik, sülh yaratma, sülhə məcbur etmə və sülh qurma – barəsində məlumatlandırdı.
Mühazirə sual-cavab sessiyası ilə başa çatdı.
Mühazirədən sonra səfir Milos Strugar Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayevlə görüşdü. Görüşdə elmi araşdırmalar sahəsində əməkdaşlıq imkanları müzakirə edildi.