2017-ci il oktyabrın 10-11-də Xəzər Universitetində Texniki Yardım Missiyası (Technical Assistance Mission – TAM) çərçivəsində birgə dərəcə proqramlarının yaradılması ilə bağlı təlim keçiriləcək. Birgə dərəcə proqramı üzrə ekspert, Finlandiya Milli Təhsil Agentliyində proqram meneceri olan Annika Sundbäck-Lindroos birgə dərəcə proqramları və yaratdığı imkanlar, regiondan və Avropadan uğurlu nümunələr, inkişaf prosesinin praktiki detalları, bu cür proqramların yaradılması üçün tələb olunan minimum tələblər haqqında məlumat və bu proqramları yaratmaq üçün məsləhətlər verəcək.
Azərbaycanda beynəlxalq birgə dərəcə proqramlarının yaradılmasında və idarə olunmasında maraqlı olan ali təhsil mütəxəssisləri (mühazirəçilər, administrativ işçilər, beynəlxalq şöbə heyəti, məktəb direktorları, təhsil müşavirləri) təlimdə iştirak etməyə dəvət olunur.