2017-ci il aprelin 17-də “GR8” şirkəti Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamentinin tələbələri üçün peşəkar e-mail yazma qaydaları mövzusunda təlim keçirdi. Təlim “GR8” şirkətinin həmtəsisçisi və “Fairmont Baku” otelinin təlim meneceri Aygün Novruzova tərəfindən keçirildi. İnteraktiv şəkildə keçirilən təlimdə tələbələrə əsasən e-mail yazarkən əməl olunmalı qaydalar və ən çox rast gəlinən səhvlər izah edildi.
Qeyd edək ki, sözügüdən təlim Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkil etdiyi 10 həftəlik İşgüzarlıq və Peşəkar Bacarıqların İnkişafı üçün Təlim Proqramının tərkib hissəsi olaraq baş tutdu.