Xəzər Universitetinin Avrasiya və Orta Şərq Araşdırmaları Mərkəzinin (AQŞAM) direktoru Fərda Əsədov Cənubi Koreyanın Keymyung Universitetinin yeni İpək Yolu və Mərkəzi Asiya araşdırmaları (Acta Via Serica) jurnalının beynəlxalq məsləhətçilər şurasının üzvü təyin edilmişdir. Jurnal ildə iki dəfə ingilis dilində dərc ediləcək və onun ilk buraxılışı 2016 ilin sonunda gözlənilir. Jurnalın veb səhifəsində əlavə məlumat əldə etmək olar: http://censcakmu.org/sub03/sub03_n1.php