2016-cı il mayın 21-də Xəzər Universitetində fəaliyyət göstərən Avrasiya Bilik Mərkəzinin “Təbii sərvətlərdən davamlı inkişafa doğru” mövzusunda 8 günlük təliminə start verildi.
Altı ölkənin – Azərbaycan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Tacikistanın elmi-tədqiqat institut və universitetləri, dövlət qurumları, media mənsublarının və eləcə də, vətəndaş cəmiyyəti təmsilçilərinin 25 nümayəndəsinin iştirak etdiyi təlimin açılışında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Avrasiya Bilik Mərkəzinin direktoru İnqilab Əhmədov çıxış edərək, iştirakçıları salamladılar, təlimin məqsədi və praktiki əhəmiyyətindən, təqdim olunan mövzuların aktuallığından danışdılar.
Mayın 28-nə kimi davam edəcək təlimdə iştirakçılara təbii sərvətlərdən əldə olunan gəlirlərin davamlı inkişafa doğru effektiv istifadə sahəsində bilik və bacarıqlar aşılanacaq.