2016-cı il mayın 05-dən 07-dək Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Elmira Məmmədova-Kekeç Türkiyənin Yozqat şəhərində Bozok Universiteti tərəfindən keçirilən Beynəlxalq Bozok Simpoziumunda iştirak etmişdir.
Elmira Məmmədova-Kekeç “Yozqatlı Hüzninin divanında ənənədən izlər” adlı məruzə ilə çıxış etmişdir. Məruzədə XX əsr divan şairi Hüzni poeziyasında Nəsimi və Füzulinin şeirlərinin təsiri araşdırılmış, qəzəlləri arasında müqayisələr aparılmışdır.