Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 236 Arxiv
XƏBƏRLƏR
28 Noyabr, 2026Xəzər Universiteti ilə “Azərsun Holdinq” arasında əməkdaşlıq memorandumu imzalanıb
28 Noyabr, 2026Xəzər Universitetində Babür İmperiyasının 500 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans  
26 Noyabr, 2026Xəzər Universitetində Nailəxanım Təqaüdünün təqdimat mərasimi keçirilib  
25 Noyabr, 2026“Khazar Talks-7”: Niderland Krallığının Azərbaycandakı səfirinin iştirakı ilə seminar  
24 Noyabr, 2026“Khazar Talks-8”: bp-nin vitse-prezidenti “Introduction to Energy Geopolitics” mövzusunda seminar keçib
19 Noyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova ilə görüşüb  
19 Noyabr, 2026Prof.Akad. Hamlet İsaxanlının Bakı Slavyan Universitetində “Zəncinin arzuları” poeması ilə bağlı mühazirəsi  
18 Noyabr, 2026Xəzər Universitetinin rektoru İstanbulda “Going Global 2026” beynəlxalq təhsil konfransında iştirak edib 
27 Noyabr, 2026Departament rəhbəri AnewZ kanalının Daybreak proqramında müsahibə verib  
27 Noyabr, 2026Fransa Respublikasının Monpelye Universitetində təhsil alan doktorantın seminarı

Xəzər Universitetində Babür İmperiyasının 500 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans  

 Xəzər Universitetində 2026- cı il 26-27 noyabrda Azərbaycan və ümumtürk tarixi və mədəniyyəti baxımından mühüm əhəmiyyət kəsb edən Babür İmperiyasının 500 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.

Dünyanın müxtəlif ölkələrindən tanınmış alimlərin, Babürşünas tədqiqatçıların və tarixçilərin iştirak etdiyi konfransda, başda Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Pakistan olmaqla, bir sıra ölkələrin elm adamları öz tədqiqatlarını təqdim ediblər. Konfrans çərçivəsində Babür İmperiyasının türk-islam tarixindəki yeri və rolu, Hindistanda türk mədəni varlığının formalaşması və inkişafı, imperiyanın siyasi və idarəçilik ənənələri, Azərbaycan türklərinin Babür dövlətinin siyasi, hərbi və mədəni həyatındakı iştirakı ilə bağlı bir-birindən maraqlı məruzələr dinlənilib.

Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə keçirilən konfransın açılış mərasimində universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı geniş məzmunlu çıxış edib. O, Babür mədəniyyətinin tarixi xüsusiyyətləri, Babürlərin Səfəvilər və Azərbaycanla əlaqələri, imperiyanın idarəçilik ənənələri, eləcə də Azərbaycan mənşəli şəxsiyyətlərin Babür dövlətinin siyasi və mədəni həyatındakı rolu ilə bağlı mühüm məqamlara diqqət çəkib.

Sonra Beynəlxalq Türk Akademiyasının prezidenti professor Şahin Mustafayev çıxış edərək, Babür tarixinin türk-islam sivilizasiyasının ayrılmaz və mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O, Babür İmperiyasının tarixinin öyrənilməsinin yalnız Hindistan və Mərkəzi Asiya tarixi baxımından deyil, eyni zamanda Səfəvi-Osmanlı münasibətləri, Şeybanilər dövləti və ümumilikdə türk dünyasının siyasi-diplomatik əlaqələrinin araşdırılması baxımından da xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlu isə çıxışında Babürlərin ümumtürk tarix və mədəniyyətindəki müstəsna yerini daha geniş tarixi perspektivdən dəyərləndirib. O, Babür İmperiyasının türk dövlətçilik ənənələrinin Hindistan yarımadasında davam etdirilməsi, türk-islam mədəniyyətinin yeni coğrafiyalarda inkişafı və zənginləşməsi baxımından oynadığı rola diqqət çəkib. Eyni zamanda, bu mötəbər beynəlxalq elmi konfransın Xəzər Universitetində təşkil olunmasından məmnunluq və qürur duyduqlarını ifadə edib.

Konfransın açılış mərasimində Pakistan, Türkiyə və Özbəkistandan gələn alim və tədqiqatçılar da çıxış edərək, Babür tarixinin müxtəlif aspektlərinə dair fikirlərini bölüşüblər. Sonra beynəlxalq elmi tədbir tematik panel sessiyaları ilə işini davam etdirib. Panel müzakirələrində Babür dövlətinin yaranması və inkişafı, imperiyanın siyasi və hərbi strategiyası, türk mədəniyyətinin Hindistanda izləri, Azərbaycan və Mərkəzi Asiya ilə tarixi əlaqələr, eləcə də Babür irsinin müasir dövrdə araşdırılması kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Konfransın elmi proqramı başa çatdıqdan sonra, noyabrın 27-də Türk dünyasının müxtəlif ölkələrindən Bakıya gəlmiş alim və tədqiqatçılar üçün şəhərimizin tarixi-mədəni irsi ilə tanışlıq məqsədilə xüsusi ekskursiya təşkil olunub. Qonaqlar Azərbaycan Milli Tarix Muzeyi başda olmaqla, Bakının bir sıra tarixi və mədəni məkanlarını ziyarət edib, ölkəmizin zəngin tarixi, milli-mədəni irsi və paytaxtımızın memarlıq xüsusiyyətləri haqqında ətraflı məlumatlandırılıblar.

Babür İmperiyasının 500 illiyinə həsr olunmuş bu beynəlxalq konfrans türk xalqlarının ortaq tarix və mədəni irsinin elmi müstəvidə daha dərindən araşdırılması, müxtəlif ölkələrin alimləri arasında akademik əməkdaşlığın genişləndirilməsi və Türk dünyasında elmi-mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Xəzər Universitetinin ev sahibliyi etdiyi bu mötəbər elmi tədbir bir daha göstərdi ki, Babür irsi yalnız Hindistanın və ya Mərkəzi Asiyanın deyil, bütövlükdə türk-islam dünyasının ortaq tarixi sərvətidir. Bu irsin öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə ortaq tariximizə, mədəni yaddaşımıza və sivilizasiya dəyərlərimizə sahib çıxmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026