Xəzər Universitetində 2026-cı il noyabrın 23-də “Khazar Talks-7” layihəsi çərçivəsində elmi seminar keçirilib. Tədbir Xəzər Universitetinin Beynəlxalq Əlaqələr Ofisinin təşkilatçılığı və Siyasi elmlər və fəlsəfə departamentinin təşəbbüsü ilə yaradılmış layihə çərçivəsində reallaşdırılıb. Seminarda Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri H.E. Marianne de Jong “The Netherlands – Azerbaijan Relations: From Diplomatic Dynamics to Joint Cooperation” mövzusunda mühazirə ilə çıxış edib.
Seminar zamanı Marianne de Jong Niderland-Azərbaycan münasibətlərinin inkişaf dinamikasından, iki ölkə arasında diplomatik əlaqələrdən və müxtəlif sahələrdə əməkdaşlığın əsas istiqamətlərindən bəhs edib.
Mühazirədən sonra səfir iştirakçıların suallarını cavablandırıb və iki ölkə arasındakı münasibətlərin müxtəlif aspektləri ilə bağlı fikirlərini bölüşüb.