Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 118 Arxiv
XƏBƏRLƏR
28 Noyabr, 2026Xəzər Universiteti ilə “Azərsun Holdinq” arasında əməkdaşlıq memorandumu imzalanıb
28 Noyabr, 2026Xəzər Universitetində Babür İmperiyasının 500 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans  
26 Noyabr, 2026Xəzər Universitetində Nailəxanım Təqaüdünün təqdimat mərasimi keçirilib  
25 Noyabr, 2026“Khazar Talks-7”: Niderland Krallığının Azərbaycandakı səfirinin iştirakı ilə seminar  
24 Noyabr, 2026“Khazar Talks-8”: bp-nin vitse-prezidenti “Introduction to Energy Geopolitics” mövzusunda seminar keçib
19 Noyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova ilə görüşüb  
19 Noyabr, 2026Prof.Akad. Hamlet İsaxanlının Bakı Slavyan Universitetində “Zəncinin arzuları” poeması ilə bağlı mühazirəsi  
18 Noyabr, 2026Xəzər Universitetinin rektoru İstanbulda “Going Global 2026” beynəlxalq təhsil konfransında iştirak edib 
27 Noyabr, 2026Departament rəhbəri AnewZ kanalının Daybreak proqramında müsahibə verib  
27 Noyabr, 2026Fransa Respublikasının Monpelye Universitetində təhsil alan doktorantın seminarı

Xəzər Universiteti ilə “Azərsun Holdinq” arasında əməkdaşlıq memorandumu imzalanıb

Xəzər Universitetinin Hasvet Baytarlıq təbabəti fakültəsində universitet ilə “Azərsun Holdinq” arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, akademik biliklərlə istehsalat təcrübəsinin inteqrasiyası və birgə fəaliyyət istiqamətlərinin genişləndirilməsi məqsədilə 2026- cı il noyabrın 25- də “World of Azersun” adlı tədbir keçirilib. Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, eləcə də “Azərsun Holdinq”in müvafiq fəaliyyət istiqamətləri üzrə direktorları və digər rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

Tədbir çərçivəsində Xəzər Universiteti ilə “Azərsun Holdinq” arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Xəzər Universitetinin rektoru Dr. Raziyə  Isayeva və “Azərsun Holdinq”in Kənd təsərrüfatı, şəkər və yem müəssisələrinin baş direktoru Ali Tuncel imzalayıblar.

İmzalanmış memorandum baytarlıq təbabəti üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələrin şirkətin müvafiq istehsalat və təsərrüfat müəssisələrində praktiki hazırlığının təşkili, peşəkar təcrübə və internatura imkanlarının yaradılması, elmi-tədqiqat və layihə fəaliyyətlərinə cəlb olunması, eləcə də tələbələr üçün təqaüd proqramlarının təsis edilməsini nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində tərəflər arasında birgə işçi qrupunun yaradılması, qarşılıqlı maraq doğuran aktual mövzular üzrə elmi-praktiki konfransların, seminarların və digər akademik tədbirlərin təşkili də planlaşdırılır. Bu istiqamətlər universitet-sənaye tərəfdaşlığının institusional əsaslarının gücləndirilməsinə, tələbələrin əmək bazarının real tələblərinə uyğun bilik və bacarıqlar əldə etməsinə, həmçinin tətbiqi elmi tədqiqatların təşviqinə xidmət edəcək.

Tədbirin təqdimat hissəsində “Azərsun Holdinq”in Təlim və İnkişaf üzrə şöbə müdiri Vəfa Əsədova şirkətin fəaliyyət istiqamətləri, istehsalat infrastrukturu, kənd təsərrüfatı və aqrar sənaye sahəsində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verib.

Sonra Hasvet Baytarlıq təbabəti fakültəsinin dekanı, Dr. Çiçək Əliyeva Xəzər Universitetinin akademik fəaliyyəti, fakültənin təhsil modeli, müasir tədris infrastrukturu, klinik hazırlıq imkanları və beynəlxalq əməkdaşlıq istiqamətləri haqqında təqdimatla çıxış edib. Təqdimatda baytarlıq təbabəti təhsilində nəzəri biliklərin praktiki hazırlıq, elmi-tədqiqat və real istehsalat mühiti ilə əlaqələndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbir çərçivəsində “Azərsun Holdinq” tərəfindən kənd təsərrüfatı və aqrar istehsalatla əlaqəli xammal nümunələrinin sərgisi də təşkil olunub. Şirkət nümayəndələri tələbələrə və universitet əməkdaşlarına təqdim edilən nümunələrin xüsusiyyətləri, istehsal mərhələləri və tətbiq sahələri barədə məlumat veriblər. Bu təqdimat tələbələrin aqrar sənayenin müxtəlif istehsal istiqamətləri ilə daha yaxından tanış olmalarına və akademik biliklərini real istehsalat prosesləri ilə əlaqələndirmələrinə imkan yaradıb.

Proqramın yekununda “Azərsun Holdinq”in rəhbər heyəti Hasvet Baytarlıq təbabəti fakültəsinin infrastrukturu, tədris və elmi-tədqiqat laboratoriyaları, eləcə də praktiki hazırlıq imkanları ilə tanış olub.

Xəzər Universiteti və “Azərsun Holdinq” arasında imzalanmış memorandum ali təhsil, baytarlıq təbabəti, kənd təsərrüfatı və sənaye sektorları arasında davamlı əməkdaşlıq platformasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Tərəflər arasında qurulan bu tərəfdaşlığın yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, innovativ yanaşmaların təşviqinə, tətbiqi elmi tədqiqatların genişləndirilməsinə və aqrar sektorun inkişafına töhfə verəcəyi gözlənilir.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026