2026-cı il noyabrın 13-də Xəzər Universitetinin Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan birinci kurs tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrinə səfər ediblər.
Səfər çərçivəsində Kimya və Kimya mühəndisliyi departamentinin tələbələri istehsal prosesləri, müasir texnoloji avadanlıqlar, məhsulların hazırlanma mərhələləri və keyfiyyətə nəzarət mexanizmləri ilə yaxından tanış olublar. Şirkət nümayəndələri müəssisələrin fəaliyyəti və istehsal sahəsinin xüsusiyyətləri haqqında ətraflı məlumat verib, tələbələrin suallarını cavablandırıblar.
Səfər tələbələrə tədris zamanı əldə etdikləri biliklərin praktik tətbiqini müşahidə etmək, sənaye istehsalı və kimya mühəndislərinin istehsal proseslərindəki rolu haqqında təsəvvürlərini genişləndirmək imkanı yaradıb.