Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 145 Arxiv
XƏBƏRLƏR
28 Oktyabr, 2026Naxçıvan Dövlət Universitetində Nailəxanım Təqaüd Proqramı təqdim olundu  
28 Oktyabr, 2026ADPU və Corc Vaşinqton Universitetinin ikili diplom proqramının tələbələri Xəzər Universitetində olublar  
27 Oktyabr, 2026Boğaziçi Universitetinin nümayəndələrinin Xəzər Universitetinə səfəri
27 Oktyabr, 2026XII Bakı Beynəlxalq Kitab Sərgisində Prof. Akad. Hamlet İsaxanlının “İki mədəniyyət: Elm və Sənət” adlı təqdimatı  
23 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva 3-cü Beynəlxalq Türk Dünyası Qadınlar Çalıştayında  
22 Oktyabr, 2026Qarabağ və Şərqi Zəngəzurun Türk-İslam irsi beynəlxalq simpoziumda müzakirə olunub  
06 Noyabr, 2026“Zəfərin şahidləri: tarixdən gələcəyə” adlı tədbir keçirilib  
06 Noyabr, 2026Xəzər Universitetində yeni Neft mühəndisliyi laboratoriyası istifadəyə verilib  
06 Noyabr, 2026Xəzər Universitetinin məzunu  AFFA-da yüksək vəzifəyə təyin olunub  
06 Noyabr, 2026Tələbələr British Council-ın Online Teacher Community proqramında iştirak edirlər

Xəzər Universitetində yeni Neft mühəndisliyi laboratoriyası istifadəyə verilib  

2026-cı il noyabrın 4- də Xəzər Universiteti Neft mühəndisliyi departamentinin nəzdində yaradılmış Neft mühəndisliyi laboratoriyasının açılış tədbiri olmuşdur.

Universitetin Neftçilər korpusunda yerləşən 115O nömrəli Neft mühəndisliyi laboratoriyasında keçirilən tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, rektor Dr. Raziyə İsayeva, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr. Fəxrəndə Əfəndiyeva, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Dr. Günel Bahəddinova, fakültə əməkdaşları, eləcə də SOCAR-ın baş ofisindən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU), Bakı Ali Neft Məktəbindən (BANM) və “Bibiheybətneft” NQÇİ-dən rəhbər şəxslərdən ibarət nümayəndə heyəti iştirak etmişdir.

Tədbir iştirakçılarını öncə laboratoriyada quraşdırılmış avadanlıqlar və tədqiqat prosesləri ilə Neft mühəndisliyi departamentinin müdiri Dr. Elvin Əhmədov tanış etmişdir. Həmçinin, o, laboratoriyanın nəzdində yeni yaradılmış Geologiya muzeyində toplanan süxur və mineralları, qazma, təmir və istismar avadanlıqlarını, eləcə də lay mühəndisliyi simulyasiyası və modelləşdirilməsi cihazlarının iş prinsipini təqdim etmişdir.

Növbəti sessiyada laboratoriyanın gələcək fəaliyyətinə dair təqdimat qonaqların diqqətinə çatdırılmışdır. Dr. Elvin Əhmədov bildirmişdir ki, laboratoriya tədris prosesi üçün tam hazır vəziyyətə gətirilib. Məkan termobarik tədqiqatlar, PVT və lay modelləşdirilməsi, habelə süxurlarda sıxışdırma sınaqlarını həyata keçirməyə imkan verən cihazlarla, qazma-təmir və istismar avadanlıqları, eləcə də havalandırma və təhlükəsizlik sistemləri ilə tam təchiz olunmuşdur. O, həmçinin, laboratoriyanın gələcək inkişaf mərhələləri barədə də qonaqlara ətraflı məlumat vermişdir.

Təqdimatdan sonra keçirilən fikir mübadiləsi zamanı görülən işlər universitet rəhbərliyi və qonaqlar tərəfindən yüksək qiymətləndirilmiş, laboratoriyanın gələcəkdə analitik-elmi tədqiqat və biznes mərkəzli tədqiqat laboratoriyası kimi inkişaf etdirilməsi strategiyası məqsədəuyğun hesab olunmuşdur.

Xəzər Universiteti bu layihənin reallaşdırılmasında dəstək göstərən bütün tərəfdaş təşkilatlara və əməkdaşlara öz dərin təşəkkürünü bildirir.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026