Xəzər Universitetinin məzunu Əli Verdiyev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru vəzifəsinə təyin olunub.
Əli Verdiyev 2012-ci ildə Xəzər Universitetində Beynəlxalq Biznes ixtisası üzrə magistr dərəcəsi alıb.
O, indiyədək özəl sektorda və beynəlxalq təşkilatlarda müxtəlif rəhbər vəzifələrdə çalışıb. Peşəkar fəaliyyəti çərçivəsində kommunikasiya, ictimaiyyətlə əlaqələr, reputasiyanın idarə olunması və dövlət əlaqələri sahələrində zəngin təcrübə qazanıb.