2026-cı il oktyabrın 31-də Xəzər Universitetinin Tarix-coğrafiya ixtisasının I kurs tələbələri üçün Şirvan Milli Parkında qorunan ərazilərdə iqlim risklərinin idarə edilməsinə həsr olunmuş açıq dərs keçilib.
Dərs zamanı Şirvan Milli Parkının əməkdaşları tələbələrə parkın tarixi, ceyranlar və ərazidə yaşayan digər canlılar haqqında məlumat veriblər.
Daha sonra park ərazisində iqlim dəyişmələrinin təsirləri, arid ekosistemlərin üzləşdiyi risklər və mümkün adaptasiya tədbirləri müzakirə olunub. Tələbələr bu təsirlərin azaldılması və biomüxtəlifliyin qorunması istiqamətində çıxış yolları haqqında müzakirələrdə iştirak ediblər.
Açıq dərs tələbələrin nəzəri biliklərini təbiət şəraitində möhkəmləndirməsinə və qorunan ərazilərin idarə edilməsinin praktiki tərəfləri ilə tanış olmasına imkan yaradıb.