Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 12 Arxiv
XƏBƏRLƏR
28 Oktyabr, 2026Naxçıvan Dövlət Universitetində Nailəxanım Təqaüd Proqramı təqdim olundu  
28 Oktyabr, 2026ADPU və Corc Vaşinqton Universitetinin ikili diplom proqramının tələbələri Xəzər Universitetində olublar  
27 Oktyabr, 2026Boğaziçi Universitetinin nümayəndələrinin Xəzər Universitetinə səfəri
27 Oktyabr, 2026XII Bakı Beynəlxalq Kitab Sərgisində Prof. Akad. Hamlet İsaxanlının “İki mədəniyyət: Elm və Sənət” adlı təqdimatı  
23 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva 3-cü Beynəlxalq Türk Dünyası Qadınlar Çalıştayında  
22 Oktyabr, 2026Qarabağ və Şərqi Zəngəzurun Türk-İslam irsi beynəlxalq simpoziumda müzakirə olunub  
04 Noyabr, 2026Xəzər Universitetinin məzunu “EY” şirkətində yeni vəzifəyə təyin olunub         
04 Noyabr, 2026Xəzər Universitetinin Beynəlxalq indeksli elmi jurnalının yeni nömrəsi nəşr olunub
04 Noyabr, 2026Tarix-coğrafiya ixtisasının tələbələri üçün Şirvan Milli Parkında açıq dərs olub  
04 Noyabr, 2026Xəzər Universitetində psixoloji təhlükəsizlik və çevik iş üsulları üzrə təlim keçirilib  

Xəzər Universitetinin Beynəlxalq indeksli elmi jurnalının yeni nömrəsi nəşr olunub

Xəzər Universitetinin beynəlxalq “Web of Science” bazasında indekslənən “Khazar Journal of Humanities and Social Sciences” jurnalının növbəti nömrəsi (Cild 29, Nömrə 3, 2026) işıq üzü görüb. Nəşrin aparıcı beynəlxalq elmi bazalarda yer alması akademik mühit üçün xüsusi əhəmiyyət kəsb edir, çünki bu jurnal Azərbaycanda humanitar elmlər sahəsində “Web of Science” bazasında indekslənən yeganə elmi nəşrdir.

Jurnalın dil və ədəbiyyat üzrə sahə redaktoru, filologiya üzrə fəlsəfə doktoru Fəridə Seyidovanın bildirdiyinə görə, yeni nömrədəki 13 elmi tədqiqat işindən 9-u beynəlxalq konfransın materialları əsasında seçilmişdir. Həmin 9 məqalə 2025-ci ilin dekabr ayında Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu ilə Şimali Kipr Türk Cümhuriyyətinin Yakın Doğu Universiteti Rumi Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “IX Beynəlxalq Rumi Konqresi”ndə təqdim olunmuşdur. 

Nəşrdə Rumi irsi və təsəvvüf tədqiqatları çərçivəsində Əsmətxanım Məmmədovanın Cəlaləddin Ruminin poetik irsində omonimlərin leksik və mistik qatlarına, Lütfiyyə Əsgərzadənin Hüseyn Cavidin “İblis” dramı nümunəsində türk ədəbiyyatında demonik obrazın təkamülünə, Nihat Değirmencinin “Məsnəvi”dəki “Bədəvi ərəb və arvadı” hekayəsində daxili təhkiyə strukturu və təşbeh şəbəkəsinə, Rəşad Həsənov və Coxa Əl-Harsinin Rumi və Nəsimi poeziyasında məstlik metaforasına, Şəhanə Şahbazovanın Ruminin ərəbcə şeirlərinin mövzu və struktur xüsusiyyətlərinə, Şəbnəm Qolkarianın müqəddəs memarlıqda işıq və səma anlayışlarına, Xatirə Yusifovanın Rumi təfəkküründə nəfs və mənəvi yüksəliş məsələlərinə, Qədir Qolkarianın səma ritualının ritmik-ontoloji mahiyyətinə, eləcə də Zöhrə Əliyevanın XIX–XX əsrlər Azərbaycan maarifçiliyində Şərq-Qərb intellektual dialoquna həsr olunmuş tədqiqatları yer alıb.

Bunlarla yanaşı, jurnalda beynəlxalq və ictimai elmlər istiqamətində Saad Zakria və Azmat Ullahın Pakistandakı əfqan qaçqınları və dövlət təhlükəsizliyi siyasəti, Latifah Abdulgani Abdulrahman Bin Nafisahın Kritik Məkan Nəzəriyyəsi prizmasından İslam hicabının sosial-məkan rolu, Muhammad Ahmad, Muhammad Mushtaq, Maryyam Jabeen və Ali Raza Siddiquenin akademik yazıda leksik-qrammatik xüsusiyyətlərin korpus dilçiliyi analizi və Ümit Akının İdil-Ural mütəfəkkiri Rzaəddin bin Fəxrəddinin irsində qadın mövzusunu təhlil edən məqalələri də nəşr olunub.

Jurnalın elektron versiyası ilə Khazar University Press-in rəsmi saytında tanış olmaq mümkündür (Khazar Journal of Humanities and Social Sciences | Khazar University).

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026