Xəzər Universitetinin 2016-cı il məzunu Nərgiz Hacıyeva beynəlxalq audit və konsaltinq şirkəti “EY”nin Azərbaycan nümayəndəliyində direktorun köməkçisi vəzifəsinə təyin olunub.
O, “Xəzər”də Biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi alıb. Qazandığı bilik və bacarıqları peşəkar fəaliyyəti ilə birləşdirən məzunumuz maliyyə və idarəetmə sahələrində zəngin təcrübə qazanaraq, beynəlxalq şirkətdə yeni vəzifəyə yüksəlib.