2026- cı il oktyabrın 30-da Xəzər Universitetində akademik və inzibati heyət üçün “Psixoloji təhlükəsizlik və çevik iş üsulları” mövzusunda interaktiv təlim keçirilib.
SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəis müşaviri, təlimçi və fasilitator Teymur Zeynalovun apardığı sessiyada psixoloji təhlükəsizliyin iş mühitində rolu, komanda daxilində açıq ünsiyyət və çevik (Agile) iş metodlarının tətbiqi müzakirə olunub.
Praktiki tapşırıqlar və komanda fəaliyyəti əsasında təşkil olunan təlim iştirakçıların mövzu ilə bağlı təcrübə və yanaşmalarını bölüşməsinə, gündəlik iş prosesində tətbiq edə biləcəkləri konkret addımları müəyyənləşdirməsinə imkan yaradıb.