Xəzər Universitetinin Neftçilər kampusunda 2026- cı il oktyabrın 27- də Texnologiya Transferi və Sahibkarlıq Mərkəzi tərəfindən "Laboratoriyadan bazara: innovasiyalarınızın qorunması və kommersiyalaşdırılması" mövzusunda praktiki seminar təşkil olunub.
İnteraktiv sessiyanı Xəzər Universitetinin məzunu, "Azem and Partners" şirkətinin idarəedici tərəfdaşı və VƏKİLTAP.AZ saytının təsisçisi Emil Qurbanov aparıb. E.Qurbanov öz təcrübəsinə, əqli mülkiyyət, texnologiyaların kommersiyalaşdırılması və innovasiyalara hüquqi dəstək sahəsindəki biliklərinə əsaslanaraq, iştirakçılara innovativ konsepsiyaların qorunması və kommersiyalaşdırılması üçün zəruri olan vacib hüquqi çərçivələr və praktiki strategiyalar barədə məlumat verib.
Seminar ərzində iştirakçılar əqli mülkiyyət hüquqlarının idarə olunması, hüquqi bazada naviqasiya və akademik tədqiqatlarla kommersiya bazarları arasındakı məsafənin qapadılması mövzularında müzakirələr aparıblar. Tədbir startap layihələrinin hüquqi müdafiəsi və texnologiyaların transferi ilə bağlı iştirakçıların konkret suallarının cavablandırıldığı fəal sual-cavab sessiyası ilə yekunlaşıb.