Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 205 Arxiv
XƏBƏRLƏR
19 Noyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova ilə görüşüb  
19 Noyabr, 2026Prof.Akad. Hamlet İsaxanlının Bakı Slavyan Universitetində “Zəncinin arzuları” poeması ilə bağlı mühazirəsi  
18 Noyabr, 2026Xəzər Universitetinin rektoru İstanbulda “Going Global 2026” beynəlxalq təhsil konfransında iştirak edib 
18 Noyabr, 2026Xəzər Universiteti Gürcüstanın dörd universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb
18 Noyabr, 2026Xəzər Universiteti Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub  
17 Noyabr, 2026Xəzər Universitetinin rektoru I Azərbaycan–Gürcüstan Rektorlar Konfransında iştirak edib
16 Noyabr, 2026Xəzər Universiteti Çin universitetləri ilə beynəlxalq akademik əməkdaşlığını genişləndirir  
16 Noyabr, 2026Rektor Pekin Xarici Dillər Universitetində  
12 Noyabr, 2026“Dünya” Teatrı Zəfər Gününə həsr olunmuş “ Kamança” tamaşasını təqdim edib
11 Noyabr, 2026Rektorun Tsinghua Universitetində görüşü

Xəzər Universitetində “Karyeraya Hazırlıq Həftəsi”nə start verilib

2026-cı il oktyabrın 27- dən Xəzər Universitetinin Hasvet Baytarlıq təbabəti fakültəsində universitetin Karyera və Məzunlar Mərkəzi ilə “HRENGINEERING” MMC-nin əməkdaşlığı çərçivəsində “Career Readiness Week” – “Karyeraya Hazırlıq Həftəsi” layihəsinin açılış seminarı keçirilib.

“From University to Career: Essential Skills for the Job Market” (“Universitetdən karyeraya: əmək bazarı üçün vacib bacarıqlar”) adlı seminar tələbələrin əmək bazarına hazırlığını gücləndirmək, onların karyera planlaması və peşəkar inkişafına dəstək göstərmək məqsədi daşıyıb.

Tədbirdə “HRENGINEERING” MMC-nin direktoru, HREngineering Academy-nin təsisçisi və HRM-CP sertifikatlı HR eksperti Aynur Mirzəzadə çıxış edib. O, tələbələrə effektiv CV hazırlanması, iş müsahibələrinə hazırlıq, özünü peşəkar təqdimetmə və işəgötürənlərin namizədlərdən gözləntiləri barədə məlumat verib, əmək bazarında uğur qazanmaq üçün zəruri olan bacarıqlara dair praktiki tövsiyələrini bölüşüb.

Seminar zamanı tələbələr müzakirələrdə fəal və interaktiv şəkildə iştirak edib, mövzu ilə bağlı suallarını ünvanlayıblar. Spiker tələbələrin suallarını cavablandıraraq, CV hazırlanması, iş müsahibələrində özünü düzgün təqdimetmə və işəgötürənlərin gözləntiləri ilə bağlı əlavə izahlar verib. İnteraktiv ünsiyyət tələbələrə karyera hazırlığı ilə bağlı onları maraqlandıran məsələlərə aydınlıq gətirmək və praktiki tövsiyələr əldə etmək imkanı yaradıb.

Seminar çərçivəsində Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva da çıxış edərək, mərkəzin əsas fəaliyyət istiqamətləri, tələbələrə və məzunlara göstərilən karyera dəstəyi, işəgötürənlərlə əməkdaşlıq və yeni karyera imkanlarının yaradılması istiqamətində həyata keçirilən təşəbbüslər haqqında qısa məlumat verib.

Zərifə Əliyeva çıxışında əmək bazarındakı mövcud vəziyyətə, işəgötürənlərin namizədlərdən gözləntilərinə və müasir əmək bazarında rəqabətqabiliyyətli olmaq üçün tələb olunan bilik və bacarıqlara toxunub. O, tələbələrin universitet illərindən etibarən karyeralarını planlaşdırmalarının, praktiki təcrübə qazanmalarının, peşəkar əlaqələrini genişləndirmələrinin və öz bacarıqlarını davamlı inkişaf etdirmələrinin vacibliyini vurğulayıb.

“Karyeraya Hazırlıq Həftəsi” çərçivəsində tələbələr üçün praktiki dəstək fəaliyyətləri də təşkil olunur. 28–30 oktyabr aralığında universitetin Nərimanov, Bakıxanov və Neftçilər kampuslarında keçiriləcək “Info Desk” görüşlərində tələbələr CV-lərinin nəzərdən keçirilməsi və təkmilləşdirilməsi (“CV Clinic”), peşəkar LinkedIn profilinin yaradılması və inkişafı (“LinkedIn Lab”), eləcə də sınaq iş müsahibələrində iştirak və müsahibə bacarıqlarının təkmilləşdirilməsi (“Mock Interview”) imkanlarından yararlana biləcəklər.

Karyera və Məzunlar Mərkəzinin “HRENGINEERING” MMC ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihə tələbələrin karyera hazırlığını gücləndirməyə, onların əmək bazarına daha inamla daxil olmalarına və peşəkar inkişaflarına dəstək göstərməyə yönəlib.

Qeyd edək ki, “Karyeraya Hazırlıq Həftəsi” çərçivəsində nəzərdə tutulan fəaliyyətlər bir həftə ərzində Xəzər Universitetinin digər kampuslarında da davam etdiriləcək.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026