Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 28 Arxiv
XƏBƏRLƏR
21 Sentyabr, 2026Əməkdaşlığın yeni perspektivləri  
18 Sentyabr, 2026KOYA TASARIMCILARI, BAKÜ’NÜN KALBİ NİZAMİ CADDESİ (TARGOVİ MEYDANI)’NDE…
17 Sentyabr, 2026Yeni dərs ili başladı
17 Sentyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı “KOYA 10” çərçivəsində Bakı şəhərinin tarixinə dair məruzə ilə çıxış edib
03 Sentyabr, 2026Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  
27 İyul, 2026FAO nümayəndə heyəti Hasvet baytarlıq təbabəti fakültəsində
23 İyul, 2026Azərbaycandan ilk dəfə Xəzər Universiteti  Koalisiyaya üzv oldu  
20 İyul, 2026Xəzər Universitetinin nümayəndə heyəti Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində
01 Oktyabr, 2026Xəzər Universitetinin tələbəsi: heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas oldu  

“Sənət inciləri”: növbəti mühazirə- konsert Xəzər Universitetində təşkil olunub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində həyata keçirdiyi "Sənət inciləri" layihəsi üzrə növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), Xəzər Universiteti və Beynəlxalq Muğam Mərkəzinin (BMM) dəstəyi ilə keçirilən tədbirdə təhsil ocağının müəllim və tələbələri iştirak ediblər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı çıxış edərək, Üzeyir Hacıbəyli fenomeni haqqında fikirlərini bölüşüb. O, Azərbaycanın mədəni-ictimai fikir tarixində silinməz iz qoyan Üzeyir bəyin bəstəkar, pedaqoq, musiqişünas, təhsil təşkilatçısı və ictimai xadim kimi çoxşaxəli fəaliyyətindən maraqlı məqamları diqqətə çatdırıb.
MEMİM-in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov "Sənət inciləri" layihəsinin Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində ötən ildən təşkil olunduğunu bildirib. Vurğulayıb ki, layihə dahi bəstəkarın musiqi mədəniyyətimizin inkişafında əvəzolunmaz xidmətlərini və onun zəngin yaradıcılıq irsini xüsusilə gənc nəslə çatdırmağa töhfə vermək məqsədi daşıyır. V.Hümbətov yaradılan şəraitə görə universitetin rəhbərliyinə minnətdarlıq edib.
Əməkdar mədəniyyət işçisi, MEMİM-in əməkdaşı Səadət Təhmirazqızının moderatorluğu ilə davam edən tədbirdə daha sonra sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərlinin "Üzeyir Hacıbəylinin yaradıcılığında xalq musiqisindən istifadə məsələləri" mövzusunda mühazirəsi dinlənilib.
Tədbirin bədii hissəsində BMM-in C.Cahangirov adına Xor kollektivi (bədii rəhbər: Əməkdar müəllim, Prezident mükafatçısı Təranə Yusifova), BMA, ADMİU və Xəzər Universiteti tələbələrinin birgə iştirakı ilə "Leyli və Məcnun" operasından səhnələr təqdim olunub. Operadan parçaları Xəzər Universitetinin Nailəxanım İsayeva adına Kamera orkestri (bədii rəhbər: Musiqi və incəsənət departamentinin müdiri, Əməkdar müəllim Zülfiyyə Sadıqova, dirijor: Hüseyn Kərimov) müşayiət edib. Həmin orkestr və Xor kollektinin ifasında "Koroğlu" operasından da musiqi nümunələri səsləndirilib. Əsərdən Xanəndə qız obrazını Xalq artisti Gülyaz Məmmədova təqdim edib. Hər iki operadan səhnələrdə Xəzər Universitetinin qızlardan ibarət rəqs qrupu (bədii rəhbər: Səbinə İsmayılova) da yer alıb.
Proqramda Üzeyir bəyin "Arşın mal alan" operettasından duet və ariyalar, bəstəkarın "Ey Vətən" mahnısı, həmçinin, Əməkdar artist Fəridə Məlikovanın rəhbərliyi ilə kamança çalanlar ansamblının ifasında operettadan fraqmentlər səsləndirilib.
Görkəmli bəstəkar Müslüm Maqomayevin "Nərgiz" operasından ariya və Emil Əfrasiyabın Ü.Hacıbəylinin əsərləri mövzusunda "Parafraz" kompozisiyası da tədbirə rəng qatıb.
Bədii proqram tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbir məkanında Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsini əks etdirən nəşrlərdən ibarət guşə də təşkil olunub.


https://www.kalibri.az/viewhr.php?z=4&ids=433402814&lng=az_az&m=1&c=MzMz

 

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026