2026-cı il sentyabrın 26-da Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev Aynur İskəndərovanın aparıcısı olduğu “İş vaxtı” verilişinin qonağı olmuşdur.
Dos. Orxan Vəliyev Ermənistanın minatəmizləmə sahəsində Azərbaycanla əməkdaşlığa hazır olması barədə Baş nazir Nikol Paşinyanın açıqlamasını şərh etmiş, Azərbaycanın mina xəritələrinin tam təqdim edilməməsinə baxmayaraq, sülh prosesinə dair atdığı addımları qeyd etmişdir. O, həmçinin, ABŞ-ın regionla bağlı son açıqlamalarını, Azərbaycan–ABŞ müdafiə və təhlükəsizlik əlaqələrinin inkişafını və TRIPP layihəsi çərçivəsində Zəngəzur istiqamətində təhlükəsizliyin təmin olunması məsələsini dəyərləndirmişdir.
Link: SON DƏQİQƏ! Zelenski Ukrayna xalqı üçün KRİTİK XƏBƏRİ AÇIQLADI: Ordu cəbhədə ÜSTÜNLÜYÜ ƏLƏ ALDI