Xəzər Universitetində İqtisadiyyat və menecment fakültəsinin təşkilatçılığı ilə 2026- cı il sentyabrın 21- də Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycandakı nümayəndəsi Klaudio Kasper tərəfindən "Almaniyada təhsil" mövzusunda seminar təşkil olunub.
Seminar çərçivəsində tələbələrə Almaniya universitetlərinə müraciət qaydaları, bakalavr və magistratura səviyyələri üzrə təhsil imkanları, həmçinin, DAAD-nin təqdim etdiyi təqaüd proqramları və müraciət şərtləri haqqında ətraflı məlumat verilib. K. Kasper tələbələrin suallarını cavablandıraraq, gələcək akademik planları üçün faydalı tövsiyələrini bölüşüb.