Ankarada Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları Başkanlığı (YTB) tərəfindən 2026-cı il 7–11 sentyabr aralığında müxtəlif ölkələrdən akademik və inzibati rəhbərlərin iştirakı ilə ORTAK Sertifikat Proqramı təşkil olunub.
Proqramda İqtisadiyyat və menecment fakültəsini D-r Dilarə Rəsulova təmsil edib.
Proqram çərçivəsində Türküstan coğrafiyasının üzv və müşahidəçi ölkələrindən olan ali təhsil rəhbərləri keyfiyyət təminatı və akkreditasiya, rəqəmsallaşma, açıq və distant təhsil, elm diplomatiyası, ali təhsilin beynəlmiləlləşməsi, XXI əsr bacarıqları, universitet-sənaye əməkdaşlığı və regional inkişaf kimi aktual mövzular üzrə fikir və təcrübə mübadiləsi aparıblar.
Tədbir müxtəlif ölkələrin ali təhsil sistemlərinin müqayisəsi, mövcud çağırışların müzakirəsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və birgə təşəbbüslərin formalaşdırılması baxımından mühüm platforma olub.
Proqramın təşkilinə və həyata keçirilməsinə töhfə verən Prof. Dr. Şefika Şule Erçetin, proqram koordinatoru Servet Turan, akademik məsləhətçi Dos. Dr. Şuay Nilhan Açıkalın, eləcə də bilik və təcrübələrini bölüşən təlimçilər və proqramın təşkilati komandası iştirakçılar tərəfindən minnətdarlıqla qarşılanıb.
ORTAK Sertifikat Proqramının gələcəkdə yeni əməkdaşlıqlara, birgə layihələrə və davamlı akademik əlaqələrin inkişafına töhfə verməsi gözlənilir.