2026-cı il 30–31 oktyabrda Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi Ruslan Xəlilov “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransında (NASCO29) “XX əsr fəlsəfə tarixində şəxsiyyət kateqoriyası: Amerikan və Fransız personalizminin müqayisəli təhlili” mövzusunda məruzə ilə çıxış etmişdir.
Qeyd edək ki, konfrans Naxçıvan Dövlət Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilmişdir.