Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi Ruslan Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə keçirilən Zəfər Gününə həsr olunmuş “Azərbaycanın Zəfəri: hərbi strategiya, diplomatiya və milli birlik” mövzusunda respublika elmi-praktiki konfransında “Milli birliyin formalaşmasında şəxsiyyət və ləyaqət faktoru: Amerikan personalizmi kontekstində” mövzusunda məruzə ilə çıxış etmişdir.
Qeyd edək ki, konfransda dövlət və təhlükəsizlik orqanlarının nümayəndələri, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin professor-müəllim heyəti və digər dəvətli qonaqlar iştirak ediblər.