Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 28 Arxiv
XƏBƏRLƏR
27 İyul, 2026FAO nümayəndə heyəti Hasvet baytarlıq təbabəti fakültəsində
23 İyul, 2026Azərbaycandan ilk dəfə Xəzər Universiteti  Koalisiyaya üzv oldu  
20 İyul, 2026Xəzər Universitetinin nümayəndə heyəti Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində
20 İyul, 2026Xəzər Universitetinin  55-ci məzunluq mərasimi
20 İyul, 2026“Xəzər”in nümayəndə heyətinin Türkiyədə işgüzar görüşləri
07 İyul, 2026Türkiyənin Atlas Universitetinin rəhbər heyəti ilə görüş  
19 Avqust, 2026İT departament rəhbəri Azərbaycanda yerli kompüter istehsalının problemləri barədə
19 Avqust, 2026Süni intellektdən təhlükəli istifadənin qarşısının alınması imkanları İT departament rəhbərinin  şərhində  
18 Avqust, 2026İT departament rəhbəri biometrik ödənişlərin Azərbaycanda tətbiq perspektivlərini şərh edib
18 Avqust, 2026Psixoloq imtahan stressi, valideynlərin akademik gözləntiləri və uşaqların psixoloji sağlamlığı barədə  

Süni intellektdən təhlükəli istifadənin qarşısının alınması imkanları İT departament rəhbərinin  şərhində  

Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin rəhbəri Fərid Musayev yeniyetmələrin süni intellekt texnologiyalarından təhlükəli məqsədlərlə istifadəsinin qarşısının alınması və bu risklərin əvvəlcədən müəyyənləşdirilməsi imkanları barədə ekspert fikirlərini bölüşüb.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Fərid Musayev bildirib ki, süni intellektdən təhlükəli məqsədlərlə istifadənin qarşısının alınması texnoloji baxımdan mümkündür, lakin bunun üçün yalnız bir mexanizmə deyil, çoxşaxəli təhlükəsizlik yanaşmasına ehtiyac var.

Ekspertin sözlərinə görə, əsas mexanizmlərdən biri süni intellekt modellərinin özündə təhlükəsizlik sistemlərinin tətbiq edilməsidir. Belə sistemlər istifadəçi sorğularını və modelin hazırladığı cavabları analiz edərək fiziki zorakılıq, cinayət planlaması və ya özünə zərərvermə kimi təhlükəli məzmunu müəyyən edə və bu hallarda cavabın verilməsini məhdudlaşdıra bilər.

Fərid Musayev qeyd edib ki, süni intellekt şirkətləri modellərin təhlükəli sorğulara qarşı davamlılığını yoxlamaq üçün “red teaming” metodundan da istifadə edirlər. Bu yanaşma zamanı modellər qəsdən riskli sorğular və təhlükəsizlik məhdudiyyətlərini keçməyə yönəlmiş müxtəlif üsullarla sınaqdan keçirilir.

Ekspert digər mühüm istiqamətin istifadəçi və cihaz səviyyəsində nəzarət olduğunu vurğulayıb. Onun sözlərinə görə, davranış analitikası vasitəsilə istifadəçinin süni intellektlə ünsiyyətində baş verən dəyişikliklər, o cümlədən sorğuların tezliyi, mövzuların qəfil dəyişməsi və emosional tonun kəskinləşməsi müəyyən edilə bilər.

Fərid Musayev valideyn nəzarəti sistemlərinin də müəyyən risklərin erkən aşkarlanmasında rol oynaya biləcəyini diqqətə çatdırıb. Bununla yanaşı, o, belə nəzarət mexanizmlərinin tətbiqində şəxsi həyatın toxunulmazlığı ilə təhlükəsizlik arasında balansın qorunmasının vacibliyini qeyd edib.

Ekspertin fikrincə, əsas çətinliklərdən biri istifadəçinin real niyyətini dəqiq müəyyənləşdirməkdir. Eyni mövzu, məsələn, ölüm və ya zorakılıq, həm ədəbiyyat və tarix çərçivəsində, həm də real təhlükəli məqsədlərlə müzakirə oluna bilər. İstifadəçi təhlükəli niyyətini birbaşa ifadə etmək əvəzinə onu bədii hekayə, oyun ssenarisi və ya fəlsəfi sual formasında təqdim edə bilər.

Fərid Musayev vurğulayıb ki, süni intellekt təhlükəsizlik filtrləri və davranış analitikası risklərin azaldılmasında mühüm rol oynasa da, texnologiya təkbaşına kifayət deyil. Daha effektiv yanaşma təhlükəsizlik sistemlərinin, davranış analizinin və zəruri hallarda insan nəzarətinin birlikdə tətbiq edilməsidir.

Ekspertin sözlərinə görə, süni intellekt istifadəçinin nə soruşduğunu müəyyən edə bilər, lakin onun niyə soruşduğunu hər zaman dəqiq müəyyənləşdirə bilməz. Bu səbəbdən risklərin idarə olunmasında insan nəzarəti, psixoloji yanaşma və müvafiq mütəxəssis dəstəyi də mühüm olaraq qalır.

Linkə keçid: https://demokrat.az/az/news/293043/texnologiyanin-idareolunmaz-terefi-uze-cixdi-aciqlama

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026