Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 329 Arxiv
XƏBƏRLƏR
09 Oktyabr, 2026Xəzər Universiteti ilə SunLab MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb  
09 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva ADA Universitetində keçirilən simpoziumda çıxış edib  
09 Oktyabr, 2026Ümumdünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir  
08 Oktyabr, 2026Xəzər Universitetinin strateji inkişafında yeni mərhələ: Hidayət Şimşək Direktorlar və Qəyyumlar Şurasının üzvü seçilib  
21 Sentyabr, 2026Əməkdaşlığın yeni perspektivləri  
17 Sentyabr, 2026Yeni dərs ili başladı
17 Sentyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı “KOYA 10” çərçivəsində Bakı şəhərinin tarixinə dair məruzə ilə çıxış edib
03 Sentyabr, 2026Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  
09 Oktyabr, 2026Departament müdiri AnewZ kanalında çıxış edib

İT departament rəhbəri Azərbaycanda yerli kompüter istehsalının problemləri barədə

Xəzər Universitetinin informasiya texnologiyaları departamentinin rəhbəri Fərid Musayev Azərbaycanda kompüter istehsalının həcminin dəyişkən olması, yerli məhsulların bazarda rəqabət imkanları və sektorun qarşılaşdığı əsas problemlər barədə ekspert fikirlərini bölüşüb.

Mövzu ilə bağlı Plat.az-a açıqlama verən Fərid Musayev bildirib ki, kompüter istehsalı üzrə statistik göstəricilərdə müşahidə olunan kəskin dəyişikliklər Azərbaycanda bu sahənin hələ böyükmiqyaslı və sabit istehsal modelinə keçmədiyini göstərir.

Ekspertin sözlərinə görə, istehsal göstəricilərindəki dalğalanmaların əsas səbəblərindən biri sifariş əsaslı istehsal modelidir. Dövlət qurumları və ya böyük şirkətlər tərəfindən irihəcmli sifarişlərin verildiyi dövrlərdə istehsal artır, sifarişlərin azaldığı zaman isə istehsal həcmi minimuma enir.

Fərid Musayev həmçinin, Azərbaycanda kompüter bazarında beynəlxalq brendlərin üstün mövqeyə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, HP, Dell, Lenovo, ASUS və digər tanınmış brendlər qiymət, texniki göstəricilər, məhsul çeşidi və zəmanət imkanları baxımından istehlakçılar üçün daha cəlbedici seçimlərdir.

Ekspert bildirib ki, yerli istehsalın əsasən standart ofis kompüterləri istiqamətində cəmləşməsi də rəqabət imkanlarını məhdudlaşdırır. Müasir bazarda isə yüksək performanslı oyun kompüterləri, dizayn və digər peşəkar məqsədlər üçün nəzərdə tutulan sistemlərə tələbat da artır.

Fərid Musayev qeyd edib ki, Azərbaycanda istehsal olunan kompüterlərin böyük hissəsində komponentlərin xaricdən gətirilərək yerli şəkildə birləşdirilməsi modelindən istifadə oluna bilər. Tammiqyaslı istehsal üçün isə mürəkkəb təchizat zənciri, böyük investisiya və geniş istehsal infrastrukturu tələb olunur. Xaricdən komponentlərin alınması və tədarük həcmlərindəki dəyişikliklər də istehsal göstəricilərinə təsir göstərə bilər.

Ekspertin fikrincə, problemin əsas səbəbi kompüterlərə tələbatın olmaması deyil. Əsas məsələ mövcud tələbatın yerli məhsullara kifayət qədər yönəlməməsidir. İstehlakçılar və şirkətlər kompüter seçərkən daha çox brendin etibarlılığı, texniki xüsusiyyətlər, qiymət və zəmanət xidmətlərini nəzərə alırlar.

Fərid Musayev vurğulayıb ki, yerli istehsalçıların rəqabət qabiliyyətli və stabil istehsal modeli formalaşdıra bilməsi üçün bazarın tələblərinə uyğun məhsul çeşidi, davamlı təchizat zənciri və daha geniş istehsal imkanları vacibdir.

Ekspertin sözlərinə görə, hazırkı göstəricilər Azərbaycanda kompüter istehsalının geniş sənaye sahəsindən daha çox konkret sifarişləri yerinə yetirən kiçikmiqyaslı sektor kimi fəaliyyətdə olduğunu göstərir.

Linkə keçid: https://plat.az/ikt/yerli-komputerlerimiz-niye-reqabete-tab-getirmir-aciqlama

 

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026