Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 61 Arxiv
XƏBƏRLƏR
02 İyul, 2026“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir  
29 İyun, 2026Xəzər Universitetinin Kamera Orkestrinə Nailəxanım İsayevanın adı verildi
23 İyun, 2026Rektor Dr. Raziyə  İsayeva “Sultan bin Abdulaziz Al Saud Beynəlxalq Dil Təlimi Proqramı”nın bağlanış mərasimində  
23 İyun, 2026Sevgi və gözəlliyin izi ilə: H.İsaxanlının “Dəli ceyran” romanının müzakirəsi  
22 İyun, 2026Xəzər Universiteti ilə Varna Azad Universiteti arasında əməkdaşlıq memorandumu
10 İyul, 2026Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirilmişdir  
10 İyul, 2026Xəzər Universiteti və SUP VC arasında əməkdaşlıq imkanları müzakirə olunub  
10 İyul, 2026Departament  müdiri III Türk Dünyası Yay Forumunda
09 İyul, 2026Departament müdiri 30-cu Beynəlxalq Dədə Qorqud Simpoziumunda
08 İyul, 2026PhD tələbələri Xəzər Universitetində təcrübə proqramını uğurla başa vurublar  

Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirilmişdir  

Xəzər Universitetinin Elmi Şurasının 2026- cı il iyulun 9- da  növbəti iclası keçirilmişdir. İclasa sədrlik edən universitetin rektoru Dr. Raziyə İsayeva gündəlikdə yer alan məsələləri Şura üzvlərinin diqqətinə çatdırmışdır.

İclasın əvvəlində Elmi Şuranın tərkibində baş vermiş dəyişikliklər barədə məlumat verilmiş, universitet üçün prioritet hesab olunan məsələlər - departamentlərin strateji fəaliyyət planlarının hazırlanması, yeni professor-müəllim heyətinin işə cəlb olunması və digər aktual istiqamətlər üzrə müzakirələr aparılmışdır.

Sonra gündəlikdə nəzərdə tutulan məsələlərin müzakirəsinə başlanılmışdır. Gündəliyin birinci məsələsi çərçivəsində fakültə dekanları tərəfindən məzunlar haqqında məlumat təqdim edilmiş, onların akademik göstəriciləri və təhsil proqramlarını uğurla başa vurmaları ilə bağlı hesabat verilmişdir. Məlumatları Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr. Fəxrəndə Əfəndiyeva, İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Dilarə Rəsulova, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Dr. Milana Abbasova, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Dr. Günel Bahəddinova və İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin dekan müavini Dr. Məhəmməd Çərkəzov təqdim etmişlər.

Gündəliyin ikinci məsələsi 1202.01 – “Analiz və funksional analiz” ixtisası üzrə doktorant Günel Şamxal qızı Hüseynovanın dissertasiya mövzusunun adının dəyişdirilməsi ilə bağlı olmuşdur. Təklif olunan yeni mövzu Elmi Şura tərəfindən təsdiq edilmişdir.

Gündəliyin üçüncü məsələsi fəlsəfə doktorluğu proqramı üzrə ixtisas fənnindən qəbul imtahanı proqramlarının təsdiqinə dair olmuşdur. Bu barədə Elmi Şuranın katibi Dr. Günel Bahəddinova məlumat verərək bildirmişdir ki, 2026-cı il üzrə fəlsəfə doktorluğu səviyyəsində aşağıdakı üç ixtisas üzrə qəbul imtahanı proqramları hazırlanmışdır:

  • 3347.01 – Nanotexnologiya və nanomateriallar (texnika elmləri üzrə)
  • 5714.01 – Müqayisəli-tarixi və müqayisəli tipoloji dilçilik
  • 5908.01 – Siyasi nəzəriyyə

Dr. Günel Bahəddinova qeyd etmişdir ki, hər bir proqram üzrə daxili və xarici ekspert rəyləri alınmış və Elmi Şura üzvlərinə göndərilmişdir. Proqramlarla tanış olan Elmi Şura üzvləri müsbət qərarla onları təsdiq etmişlər.

İclasın növbəti məsələsində fakültə dekanları tərəfindən 2025–2026-cı tədris ilinin yaz semestri üzrə imtahan sessiyasının nəticələri təqdim edilmişdir. Tələbələrin akademik nailiyyətləri, imtahan göstəriciləri və tədrisin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Beşinci məsələ üzrə Dr. Fəridə Seyidova tərəfindən Mövlana Ədəbi-Fəlsəfi Araşdırma Mərkəzinin fəaliyyəti haqqında hesabat təqdim olunmuşdur. Hesabatda Mərkəzin həyata keçirdiyi elmi layihələr, təşkil etdiyi tədbirlər və gələcək fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilmişdir.

İclasın növbəti məsələsi Xəzər Universitetinin İdarəetmə və Tələbə işləri üzrə prorektoru, Dillər və ədəbiyyatlar departamentinin professoru İsaxan İsaxanlının filologiya elm sahəsi üzrə elmi-pedaqoji fəaliyyətinə görə, professor elmi adının verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması ilə bağlı universitetin Elmi Şurasına olunmuş müraciət müzakirə edilmişdir. Rektor Dr. Raziyə  İsayeva iddiaçı haqqında ətraflı məlumat vermişdir. Sonra hesablama komissiyası yaradılaraq, gizli səsvermə keçirilmişdir. Hesablama komissiyasınının sədri tərəfindən nəticə Şura üzvlərinə açıqlanmış və protokol tərtib edilmişdir.

İclasın sonunda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı universitetin inkişafı istiqamətində həyata keçirilməsi vacib olan məsələləri Şura üzvlərinin diqqətinə çatdırmışdır.

Beləliklə, Elmi Şuranın iclasının gündəliyində yer alan bütün məsələlər müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilmişdir.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026