Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 376 Arxiv
XƏBƏRLƏR
13 Avqust, 2026Xəzər Universitetinin İT departament rəhbəri telefonların istifadəçiləri necə “izlədiyini” izah edib
13 Avqust, 2026Süni intellekt sistemlərindən asılılıq riskləri mövzusu İT departament rəhbərinin ekspert yanaşmasında  
12 Avqust, 2026Xəzər Universitetinin İT departament rəhbəri saxta satış səhifələrindən qorunma yolları barədə ekspert kimi çıxış edib  
12 Avqust, 2026İT departament rəhbəri saxta “WhatsApp” mesajlarından qorunma yolları barədə
07 Avqust, 2026Xəzər Universitetinin İnformasiya Texnologiyaları Departamentinin direktoru "Xalq qəzeti"ndə süni intellektin qlobal iqtisadiyyata təsiri barədə məqalə ilə çıxış edib
27 İyul, 2026FAO nümayəndə heyəti Hasvet baytarlıq təbabəti fakültəsində
23 İyul, 2026Azərbaycandan ilk dəfə Xəzər Universiteti  Koalisiyaya üzv oldu  
20 İyul, 2026Xəzər Universitetinin nümayəndə heyəti Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində
20 İyul, 2026Xəzər Universitetinin  55-ci məzunluq mərasimi
20 İyul, 2026“Xəzər”in nümayəndə heyətinin Türkiyədə işgüzar görüşləri

Emalatxananın ilk sessiyası  

Xəzər Universitetində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA), Ağ Yelkən Gənclik bağçalar şəbəkəsi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə 2026 – cı il iyulun 4 – də  “Məktəbəqədər Təhsildə Peşəkar Refleksiv Emalatxana” layihəsinin ilk sessiyası keçirilib. "Azyaşlı uşaqların inkişafı və təhsili" mövzusuna həsr olunan tədbir ölkənin müxtəlif bölgələrindən 140 məktəbəqədər təhsil müəssisəsində çalışan mütəxəssisi bir araya gətirib.

Tədbirin açılışında Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva iştirakçıları salamlayaraq məktəbəqədər təhsildə peşəkar inkişafın, reflektiv düşüncə mədəniyyətinin və universitet–praktika əməkdaşlığının əhəmiyyətindən bəhs edib.

Proqram çərçivəsində məktəbəqədər təhsilin müasir çağırışları, erkən uşaqlıq dövründə öyrənmə xüsusiyyətləri, inklüziv və inkişafetdirici təhsil mühitinin qurulması, eləcə də fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqlarla iş metodları müzakirə olunub.

Sessiyada "Ağ Yelkən" brendinin təsisçisi, kurikulum mütəxəssisi Yuliya Kərimova post-innovativ dövrdə məktəbəqədər təhsil və erkən öyrənmə yanaşmalarından bəhs edib. MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin aparıcı mütəxəssisi Aygün Bayraməliyeva erkən uşaqlıq dövrünün inkişaf xüsusiyyətləri ilə bağlı təqdimatla çıxış edib.

Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi, Uğur İnkişaf Mərkəzinin direktoru Kəmalə Əliyeva "Fərqli uşaqlar" anlayışı, onların inkişafında bağçanın rolu, inkişafetdirici mühitin təşkili, ToM və SCAMPER metodlarının tətbiqi barədə nəzəri və praktik biliklərini iştirakçılarla bölüşüb.

Emalatxananın növbəti hissəsində Ağ Yelkən Gənclik uşaq bağçasının tərbiyəçi-müəllimləri Yazgül Abbasova və Zərifə Amanova inklüziv və təhlükəsiz təhsil mühitinin təşkili, oyun əsaslı öyrənmə və interaktiv fəaliyyətlərin planlaşdırılması üzrə praktik nümunələr təqdim ediblər.

Tədbirin sonunda isə Ağ Yelkən Gənclik uşaq bağçasının valideyni Nigar İsmayılzadə övladının təhsil prosesində müşahidə etdiyi inkişaf və əldə olunan nəticələr barədə iştirakçılarla öz təcrübəsini bölüşüb.

Müzakirələr, praktik tapşırıqlar və refleksiya sessiyaları ilə zəngin olan emalatxana iştirakçıların peşəkar bilik və bacarıqlarının inkişafına, təcrübə mübadiləsinin genişlənməsinə və universitet ilə praktik təhsil müəssisələri arasında əməkdaşlığın möhkəmlənməsinə çox faydalıdır.

Xəzər Universitetinin tərəfdaş qurumlarla birgə həyata keçirdiyi bu layihə təhsil, elm və cəmiyyət arasında əlaqələrin gücləndirilməsi, elmi biliklərin praktikaya inteqrasiyası və məktəbəqədər təhsil sahəsində peşəkar inkişafın dəstəklənməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin növbəti uğurlu nümunələrindən biridir.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026