Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 7776 Arxiv
XƏBƏRLƏR
12 Fevral, 2026"Sİ-nin real dünyaya təsiri" mövzusunda seminar
10 Fevral, 2026Xəzər Univeriteti və “Dünya” Məktəbinin əməkdaşlığı çərçivəsində “Süni İntellekt, Rəqəmsallaşma və Ali Təhsilin Gələcəyi” mövzusunda panel müzakirə keçirildi
09 Fevral, 2026Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Musayev  İctimai TV-də
06 Fevral, 2026Qərbi London Universitetinin nümayəndələri  "Xəzər"də
30 Yanvar, 2026Xəzər Universiteti Nature Index reytinqində tədqiqat nəticələrinə görə Azərbaycanda birinci yeri tutub
29 Yanvar, 2026Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasında yer alıb
26 Yanvar, 2026Nailəxanım Təqaüd Proqramının qalibi mükafatlandırılıb
22 Yanvar, 2026Universitetin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
21 Yanvar, 202620 yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunan anım tədbiri
26 Dekabr, 2025Khazar Talks-3: “Çinin xarici siyasəti: konsepsiyalar, aktorlar və regional dinamikalar” mövzusunda akademik seminar  

“Xəzər”də yubileylər

Martın 31-də universitetin akt zalında Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri, fəlsəfə doktoru Eldar Şahgəldiyevin 60, tikinti üzrə menecer Şahin İsayevin 50 illik yubiley  tədbirləri keçirildi. Tədbirin aparıcısı, Məzunlarla iş mərkəzinin müdiri Baba Bayramlı yubilyarların universitetdəki fəaliyyəti haqqında məlumat verdi. Universitetin Multimedia  mərkəzinin hər bir yubilyar haqqında hazırladığı slayd-şoular nümayiş etdirildi.

Xəzər Universitetinni təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, rektor Hassan niknafs və prorektor Məhəmməd Nuriyev yubilyarlara təbrk məktubları və gül dəstələri təqdim etdilər, gələcək işlərində onlara uğurlar arzuladılar.

İngilis dili və ədəbiyyatı departamentinin baş müəllimi Firəngiz Nəsirova, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov yubilyarlar haqqında ürək sözlərini söylədilər.

Mərasim Musiqi və incəsənət departamentinin hazırladığı konsert proqramı ilə müşayiət olundu. Azərbaycan Dövlət Filarmoniyasının solisti, universitetin vokal müəllimi Məhsəti Cabbarova və Musiqili Komediya Teatrının solisti Xəyalə İlizarova mahnılar ifa etdilər.

Sonda yubilyarlar - Eldar Şahgəldiyev və Şahin İsayev mərasimin təşkilinə görə universitet rəhbərliyinə və iştirakçılara təşəkkürlərini bildirdilər.

 

TƏBRİK MƏKTUBLARI

 

Əziz Eldar müəllim!

Xəzər Universiteti kollektivi adından Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm çansağlığı, uzun ömür, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Siz uzun illərdir ki, ölkənin təhsil həyatında  səmərəli fəaliyyət göstərirsiniz. 1978-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunu bitirəndən sonra təyinatla fəaliyyətə başladığınız Ağdaş orta texniki peşə məktəbində müəllim və tərbiyəçi kimi çalışmış, sonra Xarici Dillər İnstitutunda pedaqoji fəaliyyətinizi davam etdirmisiniz.

1982-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına daxil olmuş, dissertasiya müdafiə edərək, fəlsəfə elmləri namizədi elmi dərəcəsi almısınız. Monoqrafiyalar və çoxlu elmi məqalələr müəllifisiniz.

Ötən illər ərzində BMT və ona aid olan bir sıra beynəlxalq xarici təsisatlarda rəhbər vəzifələrdə də uğurla çalışmısınız.

Siz 1999-cu ildən Xəzər Universitetində işləyirsiniz. Universitetin magistraturasında müəllim kimi fəaliyyətə başlamış, sonradan İngilis dili və ədəbiyyatı departamentinin müdiri vəzifəsində universitetin təhsil prosesinə layiqli töhfələr vermisiniz. Hazırda daşıdığınız vəzifə xüsusilə önəmlidir. Siz universitetin  Magistratura, doktorantura və elmi işlər bölməsinin  yarandığı gündən onun ilk müdiri kimi yüksək səviyyəli elmi kadrların hazırlanması üçün səy və bacarığınızı əsirgəmirsiniz.

Əziz Eldar müəllim, universitet kollektivi sizi səmimi, nəcib, xeyirxah və ləyaqətli bir insan kimi tanıyır və sevir. Əminik ki, hələ uzun illər bizimlə birlikdə fəaliyyət göstərəcək, universitetimizin uğurlarının artmasına  öz töhfənizi verəcəksiniz.

Sizi bir daha yubileyiniz münasibətilə ürəkdən təbrik edirik.

                                                                                   

Xəzər Universiteti kollektivi adından

                                                                                    Dr. Hassan Niknafs

                                                                                    Rektor

 

Əziz Şahin müəllim!

Xəzər Universiteti kollektivi adından Sizi 50 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm çansağlığı, uzun ömür, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Siz gənclik illərinizdən əmək həyatına başlamış, müxtəlif müəssisələrdə, o cümlədən özəl sektorda fərqli və rəhbər işlərdə çalışmış, hər sahədə də özünüzü ciddi və məsuliyyətli işçi kimi tanıtmısınız.

Siz 1998-ci ildən Xəzər Universitetində tikinti meneceri kimi məsul vəzifədə çalışırsınız. Ötən illər ərzində universitetin yeni inşa olunan kampuslarının, o cümlədən “Dünya” məktəbi kompleksi kimi müasir təhsil ocağının ərsəyə gəlməsində, tədris-təcrübə laboratoriyalarının qurulmasında, universitet kampuslarının tədris üçün yaralı halda qorunub saxlanmasında,  müvafiq cari işlərin görülməsində sizin xidmətləriniz misilsizdir.

Əziz Şahin müəllim, universitet kollektivi sizin işgüzar fəaliyyətinizi, səmimi davranışınızı yüksək qiymətləndirir və əmindir ki, siz bundan sonra da Xəzər Universitetinin genişlənməsinə, yeni kampuslarının inşasına layiqli töhfənizi verəcəksiniz.

Sizi bir daha yubileyiniz münasibətilə ürəkdən təbrik edirik.

                                                                                   

Xəzər Universiteti kollektivi adından

                                                                                    Dr. Hassan Niknafs

                                                                                    Rektor

 

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026