Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 636 Arxiv
XƏBƏRLƏR
09 Oktyabr, 2026Xəzər Universiteti ilə SunLab MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb  
09 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva ADA Universitetində keçirilən simpoziumda çıxış edib  
09 Oktyabr, 2026Ümumdünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir  
08 Oktyabr, 2026Xəzər Universitetinin strateji inkişafında yeni mərhələ: Hidayət Şimşək Direktorlar və Qəyyumlar Şurasının üzvü seçilib  
21 Sentyabr, 2026Əməkdaşlığın yeni perspektivləri  
17 Sentyabr, 2026Yeni dərs ili başladı
17 Sentyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı “KOYA 10” çərçivəsində Bakı şəhərinin tarixinə dair məruzə ilə çıxış edib
03 Sentyabr, 2026Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  
09 Oktyabr, 2026Departament müdiri AnewZ kanalında çıxış edib

Xəzər Universitetində ICPC formatlı Proqramlaşdırma Olimpiadası  

Xəzər Universiteti və SABAH Proqramının birgə təşkilatçılığı ilə 2026 -cı il mayın 26 – da  universitet tələbələri arasında ICPC formatında Proqramlaşdırma Olimpiadası keçirilmişdir.

“Xəzər”in Mərmər zalında təşkil olunmuş  yarışda 19 komanda iştirak etmiş, tələbələr 3 saat ərzində 10 mürəkkəb alqoritmik məsələni həll edərək,  alqoritmik düşünmə, problem həlletmə və komanda işi bacarıqlarını göstərmişlər.

Tədbirin açılışında Xəzər Universitetinin Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva, ICPC- nin  Azərbaycan üzrə  direktoru Etibar Seyidzadə və Xəzər Universiteti İnnovasiyalar Mərkəzinin koordinatoru Fariz Həsənli çıxış edərək, iştirakçılara uğurlar arzulamış, proqramlaşdırma yarışlarının tələbələrin peşəkar inkişafında əhəmiyyətini qeyd etmişlər.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin İnformasiya Təhlükəsizliyi İdarəsinin rəisi Anar Ağayev və Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Sadiq Axundov da  iştirak etmiş, tələbələri yeni nailiyyətlərə ruhlandırmış və bu cür yarışların gənclərin analitik düşüncə, problem həlletmə və innovativ bacarıqlarının inkişafındakı mühüm rolunu vurğulamışlar.

Yarış ICPC qaydalarına uyğun olaraq keçirilmiş və iştirakçıların nəticələrinin qiymətləndirilməsi üçün yerli mütəxəssislər tərəfindən hazırlanmış CodeAny platformasından istifadə olunmuşdur. Platforma iştirakçılara məsələlərin göndərilməsi, həllərin avtomatik yoxlanılması və nəticələrin real vaxt rejimində izlənilməsi imkanını təmin etmişdir.

Yarışın nəticələrinə əsasən, I yeri  TriBak komandası (Məsməliyev, İlyasov, Nurayev),II yeri Khazar BDN komandası (Məmmədli, Məmmədli, Musayev) və BittenFish komandası (Vəliyev, Qaraisayev, Həsənov), III yeri  PHISHERS (Yusubov, Həsənli, Paşazadə), Vincere (Ağakişiyev, Gəncimli, Pirhaşemi) və Khronos (Beydiyev, Xanlarova, Rzazadə) komandaları tutmuşlar.

Qaliblərə  I yer üçün  400 manat, II yer üçün  hər komandaya 250 manat, III yer üçün  hər komandaya 150 manat pul mükafatları verilmişdir.

Yarışın qalibi TriBak komandası DESTEC MMC şirkətinin beynəlxalq layihəsi olan Logix proqramının backend komandasında təcrübə (internship) proqramına da  dəvət olunmuşdur.

Tədbirin bağlanış mərasimində Təhsil İnstitutunun İnformatika Olimpiadaları üzrə koordinatoru Qorxmaz Mustafayev, DESTEC MMC-nin layihə rəhbəri İbrahim İbrahimov və əvvəlki illərin olimpiada qaliblərindən, hazırda Oksford Universitetində doktorantura təhsili alan Abbas Məmmədov iştirakçıları təbrik etmiş, proqramlaşdırma və olimpiada hərəkatının ölkəmizdə inkişaf perspektivlərindən danışmışlar.

Tədbir çərçivəsində Xəzər Universitetini beynəlxalq proqramlaşdırma yarışlarında uğurla təmsil etmiş, ICPC Regional Final mərhələsində yüksək nəticələr qazanaraq, universitet rekorduna imza atmış tələbələr Cavad Qurbanov və Hüseyn Moylayev xüsusi mükafata layiq görülmüş,  nailiyyətlərinə görə, universitet adından təşəkkür bildirilmişdir.

Yarışın bütün iştirakçılarına sertifikatlar təqdim edilmişdir.

Tədbirdə universitet rəhbərliyi, akademik heyət, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri, ICPC Azərbaycan proqramının təmsilçiləri, Təhsil İnstitutunun olimpiada koordinatorları və ölkəmizin informatika olimpiadalarında əvvəlki illərdə uğur qazanmış qonaqlar iştirak etmişlər.

Xəzər Universiteti tələbələrin proqramlaşdırma, innovasiya və texnologiya sahələrində inkişafını dəstəkləyən təşəbbüsləri bundan sonra da davam etdirəcəkdir.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026