2026-cı il mayın 28 - də “Baki- Xeber.com” saytında görkəmli pedaqoq, xeyriyyəçi, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin həmtəsisçisi Nailəxanım İsayevanın xatirəsinə həsr olunmuş məqalə dərc edilib. “Beş il sonra...” adlanan məqaləni müəllif Dilarə İsgəndərzadə “Nailəxanım İsayevanın xatirəsinə elegiya” kimi yazıb. Məqalədə qeyd edilir ki, böyük insan olmağın heç şübhəsiz ki, öz əziyyəti, öz zəhməti var, çünki böyük insanlar təkcə öz yaxınlarının taleyi haqqında düşünmürlər. Onları bütöv bir xalqın,millətin taleyi qayğılandırır, düşündürür və narahat edir. Nailəxanımın da “Dünya” məktəbini qurması,onun fəaliyyətinə rəhbərlik etməsi, heç şübhəsiz ki, millətin taleyi ilə bağlı narahatlığın, onun mənəvi yüksəlişində iştiraka canatımın və təhsilin gücünə inamının aydın ifadəsidir.
Müəllif elegiyada Prof.Akad. Hamlet İsaxanlının yaradıcılığına – xatirələrinə də üz tutur və bu “üztutmalarla” yazının bədii – emosionallığını daha da artırır.
Qeyd edək ki, “XəzərXəbər” jurnalının 2026 – cı il iyun nömrəsində dərc ediləcək “Beş il sonra... Nailəxanım İsayevanın xatirəsinə elegiya” məqaləsi ilə aşağıdakı linklə də tanış ola bilərsiniz: