Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova, Çin dili müəllimi fil.ü.f.d.Nərgiz Kərimova və departamentin əməkdaşı Fərqanə Ələsgərli 2026-cı il mayın 25- də keçirilən XXV “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsində qonaq qismində iştirak ediblər. Konfutsi İnstitutu və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqə yazılı test, mövzu üzrə çıxışlar və istedad nümayişlərindən ibarət olub. Tədbirdə çıxış edən Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey bildirib ki, “Çin dili körpüsü” müsabiqəsi uzun illərdir Azərbaycanda keçirilir və iki ölkə arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə töhfə verir. O, həmçinin, çin dili təhsilinin inkişafı istiqamətində əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.