Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi İlahə Çıraqova 2026-cı il martın 18–19-da “Baltikyanı ölkələr və transatlantik kontekstdə regional təhlükəsizlik” mövzusunda beynəlxalq illik elmi konfransda (International Annual Scientific Conference "The Baltic States and Regional Security in the Transatlantic Context") iştirak edib. Konfrans Litvanın Jonas Žemaitis adına Hərbi Akademiyası tərəfindən təşkil olunub.
İlahə Çıraqova konfransda “Ermənistanın ərazi müdafiə sisteminin strateji mədəniyyət konsepti əsasında təhlili” (“Understanding Armenia’s Territorial Defence System through the Concept of Strategic Culture”) mövzusunda məruzə ilə çıxış edib.
Qeyd etmək lazımdır ki, konfrans transatlantik məkan çərçivəsində Baltikyanı ölkələrin regional təhlükəsizliyi, hərbi-strateji yanaşmalar və beynəlxalq münasibətlər kimi aktual məsələlərə həsr olunub.