Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 180 Arxiv
XƏBƏRLƏR
07 May, 2026“Xəzər”in rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda iştirak edib
06 May, 2026“Xəzər”in  rektoru London Universitetində keçirilən beynəlxalq forumda
06 May, 2026Xəzər Universitetinin rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda
23 Aprel, 2026“Xəzər”in rektoru “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı  beynəlxalq  konfransda  
23 Aprel, 2026Xəzər Universitetinin rektoru Gəncədə forumda iştirak edib  
08 May, 2026Xəzər Universitetinin tələbələri  1-ci yerə layiq görülüblər  
08 May, 2026İsmayıllı şəhəri “Niyal kursları”nın dinləyiciləri ilə görüş            
08 May, 2026Şəhərsalma və memarlıq” ilinə həsr edilmiş dərs
08 May, 2026Beynəlxalq konfransın nümayəndələri üçün konsert proqramı  
07 May, 2026“Xəzər”in İngilis dili və ədəbiyyat departamenti professorunun məqaləsi beynəlxalq jurnalda dərc edilib

Universitetdə mikromobillik və velosiped mədəniyyəti təşviq olunur

Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə 2026-cı il martın 11-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) əməkdaşları tərəfindən “Mikromobillik və Velosiped Təlimi” mövzusunda maarifləndirici tədbir keçirildi.

Təlimin açılışında Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva mərkəzin missiyası, fəaliyyəti və tələbələrin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirilən layihələr barədə qısa məlumat verdi. O, tələbələrin əmək bazarına uğurlu inteqrasiyasını təmin etmək üçün təqdim olunan karyera xidmətləri və mövcud imkanlardan söz açdı.

Təlimdə tələbələrə müasir şəhər mobilliyinin vacib istiqamətlərindən biri hesab olunan mikromobillik haqqında geniş məlumat verildi. Bildirildi ki, son illərdə şəhərlərdə nəqliyyatın daha rahat və ekoloji baxımdan səmərəli təşkili üçün yeni yanaşmalar tətbiq olunur. Bu yanaşmaların əsas istiqamətlərindən biri mikromobillikdir. Yəni, qısa məsafələr üçün fərdi və yüngül nəqliyyat vasitələrindən – velosipedlərdən, elektrik skuterlərindən və oxşar vasitələrdən istifadə nəzərdə tutulur. Bu nəqliyyat vasitələri xüsusilə böyük şəhərlərdə həm vaxt itkisini azaltmağa, həm də ekoloji mühitin qorunmasına .yardım göstərir.

Təqdimat zamanı şəhər mikromobillik xidmətlərindən biri olan APAR haqqında də məlumat verildi. APAR velosiped və skuterlərin icarəsini innovativ şəkildə təşkil edən mikromobillik xidmətidir. Xidmətin əsas məqsədi bu nəqliyyat vasitələrini yalnız əyləncə məqsədilə deyil, həm də şəhər daxilində gündəlik hərəkətin bir hissəsinə çevirmək və istifadəçilərə ekoloji təmiz alternativ nəqliyyat imkanı yaratmaqdır. Bu mobil tətbiqi vasitəsilə istifadəçilər velosiped və skuterləri asanlıqla icarəyə götürə bilirlər.

Görüşdə agentliyin nümayəndələri – Kommunikasiya departamentinin böyük mütəxəssisi Ruhlan Əbülfəzzadə və APAR-ın İnnovasiyalar və marketinq şöbəsinin rəhbəri Fatimə Göycəli ölkədə yerüstü nəqliyyatın inkişafı, ictimai nəqliyyatın səmərəliliyinin artırılması və alternativ nəqliyyat vasitələrinin təşviqi istiqamətində həyata keçirilən layihələr haqqında da məlumat verdilər.

Təlim zamanı iştirakçılara mikromobillik vasitələrindən istifadə edərkən təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi, qoruyucu vasitələrin istifadəsi və yol hərəkəti qaydalarına əməl olunması barədə praktiki tövsiyələr verildi. Sonra tələbələr velosiped sürmə üzrə praktiki məşğələdə iştirak edərək, təhlükəsiz  bacarıqlarını sınaqdan keçirdilər.

Belə maarifləndirici təşəbbüslər gənclər arasında təhlükəsiz nəqliyyat mədəniyyətinin formalaşmasına, mikromobillik vasitələrindən düzgün istifadənin təşviqinə və şəhər mühitində daha dayanıqlı mobillik vərdişlərinin inkişafına xidmət edir.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026