Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 178 Arxiv
XƏBƏRLƏR
31 Mart, 2026”Xəzər”in rektoru Akdeniz Universitetində
20 Mart, 2026“Xəzər”də məzunlarla görüş
20 Mart, 2026“Xəzər”də Novruz şənliyi
19 Mart, 2026Xəzər universitetinə Novruz və Ramazan bayramları münasibətilə təbriklər
19 Mart, 2026Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının Xəzər Universitetinin 35 illik yubileyinə həsr olunmuş mərasimdə açılış nitqi
18 Mart, 2026Xəzər Universitetinin 35 illik yubiley mərasimi keçirilib
01 Aprel, 2026“Xəzər”in tələbəsi beynəlxalq turnirdə
01 Aprel, 2026Departament rəhbəri AnewZ kanalında
01 Aprel, 2026Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir  
19 Mart, 2026Xəzər universitetinə 35 illik yubileyi münasibətilə təbrik

Siyasi elmlər və fəlsəfə departamenti müdirinin Amerika səfəri

Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri  Dos. Orxan Vəliyev ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Bürosu tərəfindən 2026-cı il 14 fevral – 7 mart aralığında  təşkil edilən  Beynəlxalq ziyarətçilərin liderlik proqramı (IVLP) çərçivəsində ABŞ-da səfərdə olub.

Builki  proqram “ABŞ xarici siyasəti və qlobal çağırışlar” mövzusuna həsr olunub   və Azərbaycanın da qurucuları arasında yer aldığı  “Sülh Şurası”nın (Board of Peace) inauqurasiya toplantısı ilə eyni vaxta təsadüf edib. 1940-cı ildən etibarən həyata keçirilən proqramın digər özəlliyi isə bu dəfəki tədbirin ABŞ-ın 4 iyul 1776-cı ildə elan edilmiş müstəqilliyinin 250 illiyi ərəfəsinə təsadüf etməsi olub.

Dos. Orxan Vəliyev proqram çərçivəsində əvvəlcə Vaşinqton şəhərinə, daha sonra isə Ohayo ştatının Klivlend, Kentaki ştatının Luivil və Kolorado ştatının Denver şəhərlərinə səfər edib.

Proqramda Azərbaycan, Türkiyə, Ermənistan, İtaliya, İsveç, Malta, Slovakiya, Almaniya, Lüksemburq, Polşa, İspaniya, Latviya və Çex Respublikasını təmsil edən iştirakçılar yer alıblar. Onlar akademiya, dövlət qurumları, jurnalistika və qeyri-hökumət təşkilatları kimi, müxtəlif sahələrdən seçilmiş peşəkarlardan ibarət olub.

16 fevral rəsmi bayram gününə təsadüf etdiyindən, heyətlə ilkin tanışlıqdan sonra Vaşinqton şəhəri üzrə tur təşkil olunub. Tur çərçivəsində Ağ Ev, ABŞ Konqresinə baş çəkilib, Linkoln Memorialı və Martin Lüter Kinq abidəsi ziyarət edilib.

17 fevraldan etibarən Vaşinqton proqramının intensiv mərhələsinə start verilib. İlk olaraq, iştirakçılar proqramın təşkilində mühüm rol oynayan Meridian Beynəlxalq Mərkəzində (Meridian International Center) olublar. Daha sonra Müharibə Departamenti (Pentaqon), Dövlət Departamenti, Konqres Araşdırma Servisi, ABŞ Dövlət Kommersiya Departamenti, Amerika Sahibkarlıq İnstitutu və Amerika Universiteti ilə rəsmi görüş və toplantılar keçirilib.

Amerika Universitetində akademik heyətlə keçirilən görüşlə yanaşı, ABŞ və Avropanın müxtəlif ölkələrindən olan tələbələrlə müzakirələr aparılıb.

21–25 fevralda  isə Ohayo ştatının  Klivlend şəhərində proqramın  ikinci mərhələsi başlanıb.  Klivlenddə  bir sıra qurumlarda görüşlər təşkil olunub. Bunlar arasında Klivlend Şurası, “Case Western Reserve” Universiteti (“Think [Box] & LaunchNet”), Beynəlxalq Strateji Analiz Mərkəzi (ISA), Klivlend Portu, Klivlend Federal Rezerv Bankı və Klivlend İncəsənət Muzeyi yer alıb.

Bu qurumlarla keçirilən iki görüş xüsusilə diqqət çəkib. Bunlardan biri tədqiqat sahəsində dünyada nüfuzlu mövqeyə malik “Case Western Reserve”  Universitetinə səfər, digəri isə Kent Dövlət Universitetində görüş olub.

“Case Western Reserve”  Universitetində görüş  innovasiya mərkəzində keçirilib. İştirakçılar Prof. Michael Goldbergin rəhbərliyi ilə innovasiya mərkəzinin fəaliyyəti haqqında mühazirə dinləyib, eyni zamanda, universitetin laboratoriyaları ilə tanış olublar. Mühazirədən sonra mərkəzin müxtəlif mərtəbələri və burada həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində Kent Dövlət Universitetinin siyasi elmlər kafedrasında doktorantura təhsili alan həmyerlimiz Cavadbəy Xəlilzadə ilə də görüş olub. Görüş zamanı universitetin kampusuna, siyasi elmlər kafedrası və universitet kitabxanasına da  baş çəkilib

Səfərin son günü iştirakçılar IVLP proqramı çərçivəsində başqa proqramla  Klivlenddə olan Moldova nümayəndə heyətinin də qatıldığı geniş şəbəkələşmə toplantısında iştirak ediblər.

Proqramın üçüncü hissəsi 25 fevral – 2 mart aralığında  Kentaki ştatının Luivil şəhərində başlanıb. Səfər çərçivəsində Luivil Beynəlxalq Münasibətlər Komitəsi, Cənubi İndiana və River Ridge İnkişaf Mərkəzi, Beynəlxalq Məhəmməd Əli Mərkəzi, Kentaki At Parkı və Muzeyi, Kentaki YMCA Gənclər Assosiasiyası, Kentaki İqtisadi İnkişaf Assosiasiyası və Kentaki İstehsalatçılar Birliyi kimi, qurumlara səfərlər təşkil olunub.

İştirakçılar, həmçinin, Beynəlxalq Məhəmməd Əli Mərkəzi və Kentaki At Parkı və Muzeyinə baş çəkiblər.  Kentaki YMCA Assosiasiyasında keçirilən tədbirdə iştirakçılar 8 min orta məktəb şagirdinin üzv olduğu proqramda tələbələrin BMT simulyasiya oyunlarını izləmək imkanı əldə ediblər.

Luivil şəhərində səfərin maraqlı məqamlarından biri isə təqaüddə olan Prof. Gloria Murrayın evində təşkil olunan “qonaqpərvərlik şam yeməyi” (hospitality dinner) olub.

3 mart tarixində Koloradonun paytaxtı Denver şəhərinə səfər başlanıb.

7 marta qədər davam edən Denver proqramı çərçivəsində iştirakçılar Denver Universitetinin məşhur Jozef Korbel Mərkəzində, Metropoliten Dövlət Universitetinin Kiber Təhlükəsizlik Mərkəzində, Kolorado Ştatı dövlət binasında və Rocky Mountain Milli Parkında olublar.

Proqramın sonunda qrup rəhbərləri iştirakçılara ABŞ Dövlət Departamentinin proqram məzunu olduqlarını təsdiq edən nişan təqdim ediblər.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026