Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 157 Arxiv
XƏBƏRLƏR
19 Mart, 2026Xəzər universitetinə Novruz və Ramazan bayramları münasibətilə təbriklər
19 Mart, 2026Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının Xəzər Universitetinin 35 illik yubileyinə həsr olunmuş mərasimdə açılış nitqi
18 Mart, 2026Xəzər Universitetinin 35 illik yubiley mərasimi keçirilib
11 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri
06 Mart, 2026Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium
03 Mart, 2026Prof.Akad. Hamlet İsaxanlıya “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi (1945-2025)" döş nişanı təqdim olunub
03 Mart, 2026“100-cü ilində Bakı Türkoloji Qurultayı – Anım Toplantısı” beynəlxalq elmi simpozium keçirildi
20 Mart, 2026“Xəzər”də məzunlarla görüş
20 Mart, 2026“Xəzər”də Novruz şənliyi
19 Mart, 2026Xəzər universitetinə 35 illik yubileyi münasibətilə təbrik

“Uğurun Şorbası”: əməkdaşlar üçün “Peşə etikası və təşkilati davranış” mövzusunda təlim

2026-cı il fevralın 12-də Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzi və İqtisadiyyat və menecment fakültəsinin birgə təşkilatçılığı ilə universitet əməkdaşları üçün “Peşə etikası və təşkilati davranış” mövzusunda təlim keçirilmişdir.

Təlim məşhur motivasiya müəllifi Jon Gordon`un “Soup” (“Şorba”) kitabı əsasında hazırlanmış proqram üzrə təşkil olunmuşdur. Sessiya çərçivəsində təşkilati mədəniyyətin əsas “inqrediyentləri” – müsbət yanaşma, ortaq dəyərlər, sağlam münasibətlər, liderlik nümunəsi və fərdi məsuliyyət anlayışı geniş müzakirə edilib.

Təlimin açılışında Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva çıxış edərək, təlimin məqsəd və əhəmiyyətindən bəhs edib

Access Bankın Təhsil və inkişaf şöbəsinin rəhbəri, təlimçi Xumar Hüseynovanın Xəzər Universitetinin uzun illərdir əməkdaşı, həmçinin Xəzər Universitetinin məzunu olması tədbirə xüsusi dəyər qatıb. O, çıxışı zamanı öz tələbəlik və peşəkar fəaliyyət təcrübəsinə istinad edərək, universitet mühitini daha yaxından tanıdığını vurğulayıb. Təlimçi mövzuları yalnız nəzəri çərçivədə deyil, həm də Xəzər Universitetində baş vermiş real hadisələr və iş təcrübələri əsasında izah edib. Bu yanaşma iştirakçıların mövzunu daha dərindən qavramasına və müzakirələrə daha fəal qoşulmasına şərait yaradıb.

İnteraktiv formatda keçirilən təlimdə iştirakçılar komanda daxilində enerjinin ümumi nəticələrə təsiri, münasibətlərin iş keyfiyyətinə təsiri və problemlərə həll yönümlü yanaşmanın əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. Vurğulanıb ki, hər bir əməkdaşın davranışı və yanaşması bütövlükdə təşkilati mühitin formalaşmasında həlledici rol oynayır. “Şikayətlə deyil, həll ilə gəlmək”, “öz davranışınla nümunə olmaq” və “davamlı inkişafı şəxsi məsuliyyət kimi qəbul etmək” kimi əsas mesajlar təlimin mərkəzi xəttini təşkil edib.

Sessiya zamanı real situasiyalar üzərində qrup işi və müzakirələr təşkil olunub. İştirakçılar peşə etikası və təşkilati davranış mövzusunda yeni baxış bucaqları qazandıqlarını və komanda daxilində daha sağlam iş mühiti formalaşdırmaq üçün konkret addımlar müəyyənləşdirdiklərini bildiriblər.

Bu təşəbbüs universitet daxilində peşəkar əməkdaşlıq mədəniyyətinin gücləndirilməsi, dəyərlərə əsaslanan idarəetmə yanaşmasının təşviqi və məzun - universitet əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilib.

Təlimin sonunda isə ən vacib məqam vurğulanıb: təşkilati mədəniyyət sənədlərlə deyil, insanlarla formalaşır, hər bir əməkdaş öz davranışı, enerjisi və yanaşması ilə universitetin ümumi atmosferinə təsir göstərir.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026