Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 157 Arxiv
XƏBƏRLƏR
26 May, 2026Prof.Akad.Hamlet İsaxanlı ədəbiyyat və kitab festivalında
25 May, 2026Xəzər Universitetinin rektoru “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda
22 May, 2026Prof.Akad. Hamlet İsaxanlı Gəncədə akademik - bədii tədbirdə  
15 May, 2026Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində
15 May, 2026Türkiyənin İstanbul Esenyurt Universitetinin prorektoru Xəzər Universitetində  
15 May, 2026“Khazar Talks-4” : Emi Karlon`un iştirakı ilə seminar  
15 May, 2026Türkiyənin Kafkas Universitetinin nümayəndələri “Xəzər”də  
13 May, 2026Prof.Akad. Hamlet İsaxanlı beynəlxalq elmi konfransda
07 May, 2026“Xəzər”in rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda iştirak edib
06 May, 2026Xəzər Universitetinin rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda

Ali təhsil və istehsalatın inteqrasiyasının gücləndirilməsi istiqamətində mühüm addım: Xəzər Universitetinin Azerbaijan Poultry Company-yə səfəri

Xəzər Universitetinin nümayəndə heyəti 2026-cı il fevralın 10-da Azerbaijan Poultry Company-nin tərkibində fəaliyyət göstərən Ucar rayonundakı Mərcan broyler müəssisəsinə  səfər etmişdir.

Universitetin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının rəhbərliyi ilə baş tutan səfərdə Hasvet Baytarlıq Təbabəti Fakültəsinin dekan vəzifəsini icra edən Çiçək Əliyeva, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr. Fəxrəndə Əfəndiyeva, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Dr. Günel Bahəddinova, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Dr. Milana Abbasova, İqtisadiyyat və menecment fakültəsinin dekan vəzifəsini icra edən Dr. Xanım Öməroğlu, həmçinin Hasvet baytarlıq təbabəti fakültəsinin Baytarlıq təbabəti departamentinin əməkdaşları Dr. Səbinə Məmmədova və Nuranə Dəmirçiyeva iştirak etmişlər.

Səfər çərçivəsində nümayəndə heyəti üçün geniş infotur təşkil olunmuş, müəssisənin istehsal infrastrukturu, quşçuluq sahəsində tətbiq olunan müasir texnologiyalar, biotəhlükəsizlik tədbirləri və keyfiyyətə nəzarət mexanizmləri ilə yaxından tanışlıq həyata keçirilmişdir. Şirkətin İstehsalat üzrə direktor müavini Rüstəm Qasımov və Marketinq şöbəsinin müdiri Günay Əkbər tərəfindən müəssisənin fəaliyyəti və inkişaf strategiyası barədə ətraflı məlumat verilmişdir.

Keçirilən görüş zamanı ali təhsil ilə istehsalat sektoru arasında strateji tərəfdaşlığın qurulması və inkişaf etdirilməsi məsələləri geniş müzakirə edilmişdir. Görüşdə təhsil və istehsalatın vəhdətinin təmin olunması, nəzəri biliklərin praktik mühitdə tətbiqinin gücləndirilməsi, tələbələr üçün sistemli və davamlı istehsalat təcrübəsi proqramlarının təşkili, birgə elmi-tədqiqat və innovativ layihələrin icrası, həmçinin mütəxəssis mübadiləsi prioritet istiqamətlər kimi müəyyən edilmişdir.

Tərəflər kənd təsərrüfatı və quşçuluq sənayesinin davamlı inkişafı baxımından yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasının strateji əhəmiyyət daşıdığını vurğulamış, akademik biliklərlə real istehsalat təcrübəsinin inteqrasiyasının zəruriliyini qeyd etmişlər.

Görüş qarşılıqlı anlaşma və əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi niyyəti ilə yekunlaşmışdır. Bu səfər ali təhsil müəssisəsi ilə sənaye sektoru arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın formalaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026