Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 367 Arxiv
XƏBƏRLƏR
16 Aprel, 2026Türkiyə universitetlərində işgüzar görüşlər başa çatıb
14 Aprel, 2026Xəzər Universitetinin nümayəndə heyəti Sabançı Universitetində  
10 Aprel, 2026Xəzər Universitetində Litva Respublikasının Baş naziri İnqa Ruqinienen Xəzər Universitetində
08 Aprel, 2026Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi davam edir  
07 Aprel, 2026Almatıda “Study in Azerbaijan” sərgisi və rektorlar forumu keçirilir
31 Mart, 2026”Xəzər”in rektoru Akdeniz Universitetində
20 Mart, 2026“Xəzər”də məzunlarla görüş
19 Mart, 2026Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının Xəzər Universitetinin 35 illik yubileyinə həsr olunmuş mərasimdə açılış nitqi
18 Mart, 2026Xəzər Universitetinin 35 illik yubiley mərasimi keçirilib
17 Aprel, 2026Rumın-Amerikan Universitetinin nümayəndəsi Xəzər Universitetində  

Aşıq Ramin Qarayevin “Sazımda – Avazımda” adlı solo konserti

2026-cı il yanvarın 31-də Xəzər Universitetinin təşkilatçılığı ilə Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda universitetin Musiqi və incəsənət departamentinin müəllimi, tanınmış sənətkar, ölkədə və xaricdə bir sıra müsabiqə və festivalların mükafatçısı Aşıq Ramin Qarayevin “Sazımda – Avazımda” adlı solo konserti keçirildi. Tədbirdə universitetin rəhbərliyi, əməkdaşları, musiqi ictimaiyyətinin nümayəndələri və musiqisevərlər iştirak edirdilər.

Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı çıxış edərək, Azərbaycan və Gürcüstan aşıqlarının tarixən və hazırda bu ümumxalq sənətinin əlaqəli inkişafına səy göstərdiklərindən, bir neçə il əvvəl ustad Aşıq Kamandarın 90 illik yubileyinin Xəzər Universitetində təntənə ilə keçirilməsindən söz açdı,    Aşıq Ramin Qarayevin universitetdəki pedaqoji və aşıq kimi yaradıcı fəaliyyətindən danışaraq, nailiyyətlərini qeyd etdi.

Konsert Xəzər Universitetinin Kamera orkestri və saz qrupunun müşayiəti, həmçinin   universitetin qızlardan ibarət xor kollektivinin iştirakı ilə  keçdi.

Aşıq Ramin Qarayev Osmanlı divanisi (Şair Ağacan), Naxçıvani (Elxan Məmmədli), Koroğlu dübeytisi (Murad Niyazlı), Mansırı (Hüseyn Cavan),  Gəraylı (Mövlud Şəmistanoğlu), Gilənar (Səfər Verdiyev), Nə mən döndüm, nə sən döndün (Hamlet İsaxanlı, bəstə Ramin Qarayev), Kərəm gözəlləməsi (Zəlimxan Yaqub), İncəgülü (Aşıq Veysəl), Nar ağacı, nar çiçəyi (Nəbi Xəzri), Borçalım (Aşıq Kamandar) və Baş müxəmməs (Aşıq Ələsgər) havalarını, həmçinin Hamlet İsaxanlının sözlərinə özünün bəstələdiyi mahnını ifa etdi.

Konsertdə Xalq artisti  Gülyaz Məmmədova, həmçinin universitetin vokal müəllimi Məhsəti Cabbarova çıxış ediblər. Xalq artisti Gülyaz Məmmədova Hamlet İsaxanlının sözlərinə bəstələnmiş mahnını (bəstə Tahir Əkbərin) səsləndirib.

Konsertin sonunda Prof. Mahmud Kamaloğlu Aşıq Kamandar Ev Muzeyinin direktoru Əfəndiyev Əflatun Kamandar oğlu və İdarə heyətinin qərarı ilə  Hamlet İsaxanlıya və Aşıq Ramin Qarayevə “Aşıq Kamandar medalı”nı təqdim etdi.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026