Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 480 Arxiv
XƏBƏRLƏR
02 İyul, 2026“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir  
29 İyun, 2026Xəzər Universitetinin Kamera Orkestrinə Nailəxanım İsayevanın adı verildi
23 İyun, 2026Rektor Dr. Raziyə  İsayeva “Sultan bin Abdulaziz Al Saud Beynəlxalq Dil Təlimi Proqramı”nın bağlanış mərasimində  
23 İyun, 2026Sevgi və gözəlliyin izi ilə: H.İsaxanlının “Dəli ceyran” romanının müzakirəsi  
22 İyun, 2026Xəzər Universiteti ilə Varna Azad Universiteti arasında əməkdaşlıq memorandumu
10 İyul, 2026Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirilmişdir  
10 İyul, 2026Xəzər Universiteti və SUP VC arasında əməkdaşlıq imkanları müzakirə olunub  
10 İyul, 2026Departament  müdiri III Türk Dünyası Yay Forumunda
09 İyul, 2026Departament müdiri 30-cu Beynəlxalq Dədə Qorqud Simpoziumunda
08 İyul, 2026PhD tələbələri Xəzər Universitetində təcrübə proqramını uğurla başa vurublar  

AMEA Folklor İnstitutunda tələbələrin elmi-tədqiqat təcrübəsi

Xəzər Universiteti Humanitar, təhsil və sosial elmlər fakültəsinin Filologiya ixtisası üzrə IV kurs tələbələrinin AMEA Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsi başa çatıb.

Təcrübə çərçivəsində tələbələr oktyabr-dekabr ayları ərzində institutun fəaliyyətini yaxından öyrənib, folklorşünaslıq sahəsində aparılan elmi tədqiqatlar, nəşrlər və aktual problemlər haqqında məlumat əldə ediblər. Onlar, həmçinin, bir sıra elmi tədbirlərdə, o cümlədən I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumunda, “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” II Respublika elmi konfransında, “Laçın: mədəni yaddaşın folklordan görünən izləri”, Qarabağda Şanlı Zəfərin 5 illiyinə həsr olunmuş “Qırx dörd günün Zəfər dastanı”, eləcə də “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti” mövzularında keçirilən elmi sessiyalarda məruzə və çıxışlar ediblər.

2026-cı il yanvarın 22-də təcrübənin yekunlarına aid yığıncaqda AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxışında tələbələrin elmi-tədqiqat təcrübəsində iştirakının onların yeni bilik və bacarıqlar qazanması üçün uğurlu platforma olduğunu vurğulayıb. O, qeyd edib ki, bu təcrübələr tələbələrin elmi dünyagörüşünün formalaşmasına və gələcək elmi karyeralarına ciddi töhfə verir.

Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, Dos. Dilbər Zeynalova da çıxış edərək bildirib ki, nəzəri biliklərin auditoriya mühitində öyrənilməsi kifayət etmir, tələbələrin praktiki və elmi-tədqiqat təcrübəsi, alimlərlə birbaşa ünsiyyəti və elmi mənbələrdən istifadə bacarıqları müasir ixtisaslı kadrların hazırlanmasında xüsusi əhəmiyyət daşıyır.

Güney Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, Dos. Mətanət Abbasova və Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, Dos. Leyla Məmmədova çıxış edərək, tələbələrin təcrübə müddətində fəal iştirakını və elmi-tədqiqat işlərinə böyük maraq göstərdiklərini xüsusi vurğulayıblar.

Təcrübə müddətində tələbələrin fəaliyyəti iştirak səviyyəsi, təqdimat bacarığı, elmi müzakirələrdə fəallıq, tezis və yekun hesabatların hazırlanması, eləcə də folklor faktlarının qeydə alınması kimi meyarlara əsasən qiymətləndirilib.

Tədbirin sonunda institutun direktoru Hikmət Quliyev tələbələrə sertifikatları təqdim edib.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026