2026-cı il yanvarın 6-da Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev AnewZ kanalında Bəxtiyar Həsənovun “İlham Əliyev 2025-ci ili tarixi il kimi qəbul edir” (Ilham Aliyev hails 2025 as historic year) mövzusunda verilşinin qonağı olmuşdur.
Dos. Vəliyev ötən il baş tutmuş Abu-Dabi görüşlərinə və Vaşinqton deklarasiyasının imzalanmasına diqqət çəkərək, 2025-ci ilin Azərbaycanın xarici siyasət tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır. O, həmçinin eyni il Çinlə qurulan əməkdaşlığın iqtisadi və geosiyasi əhəmiyyətini, eləcə də Türk dövlətləri ilə əməkdaşlığın genişlənməsini, xüsusilə C5 formatının Azərbaycanın iştirakı ilə C6 formatına keçməsinin önəmini qeyd etmişdir.
Link: Ilham Aliyev hails 2025 as historic year Baku's Policy Review/anewZ.tv - YouTube