Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 86 Arxiv
XƏBƏRLƏR
19 Dekabr, 2025Xəzər Unıversıtetındə 4-cü Beynəlxalq Vahid Sağlamlıq Konfransı keçırıldı
17 Dekabr, 2025Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş
13 Dekabr, 2025Prof. Akad. Hamlet İsaxanlının kitablarının imza günü
28 Noyabr, 2025Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva beynəlxalq konfransda çıxış etmək üçün Çinə səfər edib
23 Oktyabr, 2025Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının və yeni təyin olunmuş rektorun təqdimatı
08 Oktyabr, 2025Ankara Universiteti ilə əməkdaşlıq genişlənir
08 Oktyabr, 2025Bursa Uludağ Universiteti ilə əməkdaşlıq protokolu imzalanıb
16 Sentyabr, 2025Xəzər Universiteti nümayəndə heyətinin Buxara səfəri: 95 illik yubiley, “Cadidlər” konfransı və yeni tərəfdaşlıqlar
14 Sentyabr, 2025Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun nümayəndə heyəti ilə görüş  
19 Dekabr, 2025“Xəzər” – BARU: Pedaqogika sahəsində əməkdaşlıq perspektivləri

Xəzər Unıversıtetındə 4-cü Beynəlxalq Vahid Sağlamlıq Konfransı keçırıldı

2025-ci il noyabrın 28-29-da Xəzər Universitetində 4-cü beynəlxalq “Vahid Sağlamlıq: Problemlər və Həllər” konfransı keçirildi.

Konfrans Xəzər Universitetinin fəal üzvü olduğu Planetary Health Alliance-nın (PHA) yaranmasının 10 illik yubileyinə həsr olunaraq, “Planet Sağlamlıq Sistemlərinin Dəyişikliyi üçün Yerli və Regional Sistemlərin Transformasiyası” üzrə müzakirələrə xüsusi diqqət yetirmişdir.

Konfrans Azərbaycan Tibb Universiteti, V. Y. Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin (SLU) Molekulyar Elmlər Departamenti və Qafqaz Universitetləri Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilmişdir.

Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva, TƏBİB-in Azərbaycan Tibbi Xidmətlərin İnkişafı şöbəsinin müdiri Dr. Yaqut Qarayeva, Qafqaz Universitetləri Birliyinin prezidenti Prof. Ramazan Korkmaz və konfransın sədri Dos. İradə Xəlilova konfransın açılışını etdilər. Daha sonra iştirakçılara Planetary  Health Alliance konsorsiumunun konfrans iştirakçılarına salamlama videosu təqdim edildi.

Konfransın iki günü ərzində iki əsas mövzuda iki sessiya keçirildi: birinci gün İqlim Dəyişikliyi, Sağlamlıq və Qida Təhlükəsizliyi, ikinci gün isə İctimai Səhiyyə, Xəstəliklərə Nəzarət və Profilaktika Strategiyaları. Bu sessiyalarda əsas məruzəçilər, tədqiqatçılar və tələbələr tərəfindən mühüm təqdimatlar və panel müzakirələri keçirildi.

Konfransın ilk günündə İqlim Dəyişikliyi, Sağlamlıq və Qida Təhlükəsizliyi sessiyasına sədr Dos. İradə Xəlilova, Prof. Seyid Əbülqasim Məhəmmədi, Dos. Cavid Ocaği moderatorluq etdilər. Əsas məruzəçilər -  Dr. Rövşən Abbasov (Xəzər Universitetinin Ətraf Mühit Tədqiqatları Mərkəzinin direktoru), Prof. Adil Allahverdiyev (V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru), Prof. Seyid Əbülqasim Məhəmmədi (Təbriz Universiteti Kənd Təsərrüfatı fakültəsinin professoru və İran Milli Buğda İnnovasiya Mərkəzinin direktoru), Prof. Tansel Çomoğlu (Türkiyənin Ankara Universitetində Əczaçılıq Fakültəsinin Əczaçılıq Texnologiyaları departamentinin professoru) və Prof. Sudabeh Davaran (İran Təbriz Tibb Universitetinin professoru) sessiyada çıxış etdilər.

Konfransın ikinci günündə İctimai Səhiyyə, Xəstəliklərə Nəzarət və Profilaktika Strategiyaları sessiyası Prof. Tansel Çomoğlu və Prof. Sudabeh Davaran tərəfindən moderatorluq edildi. Əsas məruzəçilər -  Prof. Ahmet Aydın (Türkiyənin Yeditepe Universitetində Əczaçılıq Toksikologiyası, Dərman, Kosmetika departamentinin müdiri və Tibbi Cihazlar, Tədqiqat və İnkişaf Laboratoriyasının (YUEF-İKTAL) direktoru), Prof. Antonio Sarría-Santamera (Qazaxıstanın Nazarbayev Universitetinin Tibb fakültəsinin Biotibbi Elmlər Departamentinin müdiri və Qlobal Səhiyyə üzrə PhD proqramlarının direktoru) və Prof. Dr Uğur Uslu (Türkiyənin İstanbul Medeniyet Universitetində Tibb Fakültəsinin Parazitologiya Departamentinin müdiri) sessiyada çıxış etdilər.

İki günlük konfrans “Vahid Sağlamlıq” çərçivəsində kritik məsələlərin və sistemli maneələrin müəyyən edilməsi ilə başa çatdı. Bunlara, hətta, aşağı səviyyələrdə belə həssas əhali təbəqəsinə təsir edən zərərli ətraf mühit ilə bağlı ictimai səhiyyə məsələləri və həmçinin, müxtəlif təşkilatlar arasında əməkdaşlığın zəif olması və ortaq ekosistemlərdə ciddi ekoloji nəticələrə gətirib çıxaran problemlər daxil olmuşdur. Beləliklə, bu kimi məsələlərin həlli üçün təşkilatlar və tədqiqatçılar arasında fəaliyyət planının hazırlanması və layihəyə müraciət edilməsi qarşıya məqsəd kimi  qoyulmuşdur.

Konfransda Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, İsveç, Ukrayna və Niderlanddan 70-dən çox tədqiqatçı iştirak etdi. İki günlük konfransda ümumilikdə 24 çıxış oldu.

Xəzər Universiteti, Azərbaycan Tibb Universiteti və V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun tələbələri və tədqiqatçıları çay fasilələri zamanı tədqiqatlarını poster şəklində təqdim etdilər.

Konfransda fəal iştirak edən,Xəzər Universiteti Memarlıq və dizayn departamenti tələbələrinin İqlim Dəyişikliyi və Ekosistem Sağlamlığı mövzusunda rəsm əsərləri tədbirdə nümayiş olundu.

ASVET Bakı Beynəlxalq Heyvan Xəstəxanası və AZƏRÇAY şirkəti konfransın keçirilməsinə dəstək olmuşlar.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025