Qarabağ Universitetinin müəllimi Ramin Allahverdiyev və Xəzər Universiteti Psixologiya departamentinin əməkdaşı, Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mirsadiq Muxtarovun həmmüəllifliyi ilə “Maddə istifadə pozuntusunun müalicəsində və relaps dövrünün aradan qaldırılmasında virtual reallıq metodunun istifadəsi ilə üzləşmə terapiyasının tətbiqinə müasir yanaşmalar” adlı məqalə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində “AcademyGate Publishing and International Metafizika Center” tərəfindən nəşr olunan “History of Science” jurnalında dərc olunmuşdur. (Vol. 6, Issue 5, Serial 23, 2025, pp. 40–51).
Məqalədə maddə istifadə pozuntusunun (MİP) psixoloji və neyrobioloji əsasları, relaps riskini artıran idrak prosesləri və ənənəvi psixoterapevtik müdaxilələrin məhdudiyyətləri araşdırılmışdır.
Məqalənin tamamı aşağıdaki linkdə: