Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 404 Arxiv
XƏBƏRLƏR
12 Fevral, 2026"Sİ-nin real dünyaya təsiri" mövzusunda seminar
10 Fevral, 2026Xəzər Univeriteti və “Dünya” Məktəbinin əməkdaşlığı çərçivəsində “Süni İntellekt, Rəqəmsallaşma və Ali Təhsilin Gələcəyi” mövzusunda panel müzakirə keçirildi
09 Fevral, 2026Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Musayev  İctimai TV-də
06 Fevral, 2026Qərbi London Universitetinin nümayəndələri  "Xəzər"də
30 Yanvar, 2026Xəzər Universiteti Nature Index reytinqində tədqiqat nəticələrinə görə Azərbaycanda birinci yeri tutub
29 Yanvar, 2026Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasında yer alıb
26 Yanvar, 2026Nailəxanım Təqaüd Proqramının qalibi mükafatlandırılıb
22 Yanvar, 2026Universitetin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
21 Yanvar, 202620 yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunan anım tədbiri
26 Dekabr, 2025Khazar Talks-3: “Çinin xarici siyasəti: konsepsiyalar, aktorlar və regional dinamikalar” mövzusunda akademik seminar  

Xəzər Universitetinin Psixologiya Departamentində Erasmus çərçivəsində silsilə seminarlar keçirildi

Türkiyənin Akdeniz Universitetinin müəllimləri - Dr. Seval Apaydın və Prof. Sekine Gülfem 2025-ci il noyabrın 17-21-də Erasmus proqramı çərçivəsində Xəzər Universitetinin  qonağı oldular. Psixologiya departamentinin təşkilatçılığı ilə səfər çərçivəsində həm professor-müəllim heyəti, həm də tələbələr üçün müxtəlif mövzularda bir sıra elmi-praktik seminarlar keçirildi.

“Məktəbdə və ailədə itki və yas”. Noyabrın 18-də baş tutan seminarda bu mövzu müzakirə olundu. Tədbirdə Psixologiya departamentinin əməkdaşları, fakültə müəllimləri və bakalavr tələbələri iştirak etdilər. Uşaqların ailədaxili və məktəb mühitində yaşadıqları itkilərin emosional və sosial inkişaflarına təsiri, müəllim - şagird münasibətlərində meydana çıxan dəyişikliklər, mövzunun psixoloji tədqiqat obyekti kimi əhəmiyyəti elmi-praktik müzakirələr çərçivəsində təhlil edildi. Bu seminar iştirakçılar üçün həm nəzəri biliklərin, həm də tətbiqi yanaşmaların paylaşılması baxımından dəyərli platforma rolunu oynadı.

“Məktəblərdə Adler əsaslı tətbiqlər. Sinifdə pozitiv disiplin necə qurulur?” Noyabrın 20-də Dr. Seval Apaydın və Prof. Sekine Gülfem universitetin Nərimanov korpusunda müəllimlik ixtisasında təhsil alan tələbələr üçün bu mövzuda növbəti seminar keçirdilər. Tələbələr seminarda pozitiv disiplinin əsas prinsipləri, sinifdə mənfi davranışların idarə olunması, Adler yanaşmasının praktik tətbiqi üzrə interaktiv çalışmalar yerinə yetirdilər. Tədbir tələbələrin böyük marağına səbəb oldu.

Magistr tələbələri üçün “Pozitiv Valideynlik təlimi”. Noyabrın 20-də qonaq professorlar Psixologiya departamentinin təşkilatçılığı ilə klinik və ümumi psixologiya magistr tələbələri üçün xüsusi təlim proqramı həyata keçirdilər. Təlim psixoloq Mələk Kərimovanın tədris etdiyi “Ailə Psixologiyası” fənninin mövzularından biri olan “Pozitiv valideynlik təlimi” çərçivəsində keçirildi. Təlim zamanı tələbələr müasir pozitiv valideynlik modelləri, uşaq - valideyn münasibətlərində konstruktiv yanaşmalar, davranışın tənzimlənməsi və emosional dəstək metodları üzrə həm nəzəri bilik, həm də praktiki bacarıqlar əldə etdilər.

Erasmus proqramı çərçivəsində keçirilən bu tədbirlər Psixologiya departamentinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin genişləndiyini göstərməklə yanaşı, tələbələrə və müəllimlərə mühüm elmi-praktik imkanlar yaratdı. 

Sonda Psixologiya departamentinin koordinatoru, psixoloq Mələk Kərimova qonaq müəllimlərə təşəkkür edərək, onların Xəzər Universitetində fəaliyyətindən məmnunluğunu bildirdi.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026