Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı 2025-ci il noyabrın 13-14-də Polşanın Varşava şəhərində Varşava Universitetinin Asiya və Afrika Mədəniyyətləri Fakültəsi, Türk Araşdırmaları və Daxili Asiya Xalqları Departamenti və Azərbaycan Araşdırmaları Mərkəzinin təşkilatçılığı, Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan Respublikalarının səfirliklərinin himayəsi və Karaim İrsi Fondunun dəstəyi ilə keçirilmiş “Beynəlxalq Türk Araşdırmaları” adlı konfransın açılış panelində “Köroğlu: sərhədləri aşan qəhrəman” mövzusunda geniş çıxış etmişdir.
H. İsaxanlı, həmçinin, Polşa dövlət arxivində araşdırmalar aparmışdır.